Ölkə futbolu
AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
“Ot örtüyünün dəyişdirilməsi ilə bağlı danışıqlar gedir. Bununla bağlı AFFA-ya müraciət etmişik. Dəstək olsalar, məbləğin 50 faizini AFFA qarşılasa, ot örtüyünü dəyişəcəyik. Bu, tək bizim məsələmiz yox, Azərbaycan futbolunun adına olan bir məsələdir”.
Bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev ötən ilin oktyabrında 20-də, Tovuzda “Qarabağ”a qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən demişdi.

Həmin açıqlamanın üstündən 7 ay keçib. Lakin geridə qalan müddətdə Tovuz stadionunun ot örtüyünün dəyişdirilməsi ilə bağlı hər hansı bir addım atılmayıb. Təbii ki, buna görə Ehtiram Quliyevi qınaya bilmərik. “Huner Group”un rəhbərinin Tovuz, Azərbaycan futboluna adına gördüyü işlər göz önündədir. Sponsorların futbolumuzdan uzaq gəzdiyi bir dönəmdə Ehtiram bəy onsuz da kifayət qədər maliyyə vəsaiti ayırır. Odur ki, hər şeyi də onun üzərinə atmaq düzgün olmaz.
Təəssüf ki, geridə qalan 7 ay ərzində dəstək gözləyən Ehtiram Quliyev AFFA-dan istənilən cavabı ala bilməyib. Assosiasiyanın “Turan Tovuz”a konkret hansı cavab verdiyindən xəbərsizik. Lakin mətbuatda yazılanlardan belə anlaşılır ki, AFFA Tovuz stadionunun qazonunun dəyişdirilməsi üçün pul xərcləmək fikrində deyil. Qısaca bildirilib ki, pul yoxdur.
Təbii ki, AFFA-nın büdcəsində pul olmaması, Tovuz stadionunun qazonunun dəyişdirilməsi üçün maliyyə vəsaitinin tapılmaması inandırıcı deyil.
Sadəcə görünür, assosiasiya “Turan Tovuz”a dəstək olmaq istəmir, məsələyə “qoy özləri qazonu dəyişsinlər” prinsipi ilə yanaşır. Halbuki ot örtüyü “Turan Tovuz” üçün problemlər yaradır. Elə Azərbaycan Premyer Liqasının son turunda “Qarabağ”a qarşı keçirilən oyundan sonra tovuzluların baş məşqçisi Ayxan Abbasov bu barədə sualı cavablandırarkən süni ot örtüyünə görə bəzi futbolçuları komandaya cəlb edə bilmədiklərini söyləmişdi. “Rəhbərlikdə baş verən dəyişikliklərdən sonra ot örtüyünün təbii ilə əvəzlənməsi üçün AFFA-ya yenidən müraciət etmək fikriniz varmı?” sualını A.Abbasov belə cavablandırmışdı: “Bildiyimə görə, Ehtiram müəllim bu yöndə iş aparır. Çox istəyirik ki, gələn mövsüm üçün süni ot ortüyü təbii ilə əvəz olunsun. Bu məqam bəzi transferləri reallaşdırmağa mane olur. Elə legionerlər olur ki, süni ot örtüyünü görəndən sonra fikirlərini dəyişirlər. Əlbəttə, dəstək lazımdır”.
Yuxarı da qeyd etdiyimiz kimi, AFFA-nın Tovuz stadionunun qazonunun dəyişdirilməsi üçün pul tapa bilməməsi inandırıcı deyil. Çünki bu yaxınlarda açılışı olan Gəncə Təlim-Məşq Mərkəzi və Uşaq Futbol Akademiyası, qısaca desək, “Kəpəz” akademiyasında 2 ədəd təbii ot örtüyünün quraşdırılması üçün 1 282 091 manat pul xərclənib və bu məbləğ AFFA tərəfindən qarşılanıb. Ümumilikdə isə 2 təbii ot örtüklü məşq meydançalarının təhcizatı və quraşdırılması 3 145 673 AZN-ə başa gəlib. Qeyd edək ki, bu, rəsmi rəqəmlərdir və akademiyanın açılışı zamanı keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında komitə üzvlərinə təqdim edilən Gəncə Təlim-Məşq Mərkəzi və Uşaq Futbol Akademiyasının xərcləri siyahısında göstərilib.
Göründüyü kimi, AFFA ayrı-seçkiliyə yol verir və Tovuz stadionunun qazonunun dəyişdirilməsi üçün pul olmadığını iddia etsə də, Gəncə akademiyasında 2 təbii ot örtüklü məşq meydançasının təhcizatı və quraşdırılmasına 3 milyon manatdan çox pul xərcləyir. Belə çıxır ki, Tovuz üçün pul yoxdur, amma Gəncə üçün var?!
Digər tərəfdən də AFFA “Turan Tovuz” Akademiyası üçün cəmi bir süni meydança saldığı halda, "Kəpəz" Akademiyası üçün təbii qazon quraşdırır. Bu da "Kəpəz"lə müqayisədə "Turan Tovuz"a ögey münasibət bəsləməyin digər bariz nümunəsidir. Gəncəli uşaqlar təbii qazonda futbolun sirlərini öyrənəcəyi halda, tovuzlular üçün süni meydança rəva görülüb.
Yuxarıda da qeyd etdiyimiz kimi, hər şeyi bir nəfərin üzərinə atmaq düzgün deyil. Bu gün Ehtiram Quliyev Tovuz və Azərbaycan futbolunun inkişafı üçün çalışır. Ona müəyyən məsələlərdə dəstək olmaq lazımdır. Həmin meydança Tovuz, Azərbaycan futbolu üçündür. Hörmətli AFFA rəsmiləri, inanın ki, nə vaxtsa Ehtiram Quliyev “Turan Tovuz”dan ayrılmaq istəsə, gedəndə stadionunun qazonunu söküb aparmayacaq...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























