6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

AFFA dava ilə bağlı qərarını açıqladı: 10 oyun azarkeşsiz

AFFA İntizam Komitəsi mayın 8-i U-16 Liqasında keçirilən “Kəpəz” - “Qəbələ” oyununda yaşanan insidentlə əlaqədar qərarlar çıxarıb.

Futbolxeber.az saytının məlumatına görə, oyun vaxtı rəqib oyunçu və hakimi təhqir etdiyinə görə "Kəpəz"in 2 futbolçusu 3 və 4 oyun, 2 oyunçusu rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyunluq cəzalanıb. Bu cəza bütün liqalara şamil edilir.

Bundan başqa, oyun bitdikdən sonra "Kəpəz" PFK U-16 komandasının 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Kəpəz” PFK U-16 komandası 500 manat cərimə edilib. Bundan başqa, “Kəpəz” PFK U-16-nın növbəti 10 ev oyunu azarkeşsiz keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31