Ölkə futbolu
Rəşad Sadıqov: “Mövsümün əvvəli olsaydı, hər iki komanda bir xaldan razı qalardı”
“Hər iki komanda çox istəkli idi. Həm turnir cədvəlindəki mövqelər, həm də “Zirə” və “Sumqayıt” arasında oyunlar həmişə maraqlı keçir. Bugünkü matç da istisna olmadı”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”la qolsuz bərabərə qaldıqları görüşü şərh edərkən deyib.
O, ikinci 45 dəqiqədə tərəflərin çoxlu top itkisinə yol vediklərini bildirib: “Matçın əvvəlində texniki səhvdən sonra qapımızda penalti gördük. Onun davamında təhlükəli zərbə oldu. Sonradan komanda özünə gəldi. Daha inamlı çıxış etdik meydanda. Bir epizodda Mehdi Cənnətov çox gözəl seyv etdi. Eləcə də penalti epizodumuz oldu. İkinci hissədə də qol şanslarımız var idi. Amma fasilədən sonra hər iki tərəfdə top itkiləri çox olurdu. Meydança amilinin də buna təsiri ola bilər. Yaxaladığımız şanslardan yararlansaydıq, qalib gələ bilərdik. Təəssüf ki, alınmadı. Artıq bu matçı unudub, növbəti tura hazırlaşmalıyıq”.
R.Sadıqov bildirib ki, qalib gəlib “Sumqayıt”la xallarını bərabərləşdirmək istəsələr də, buna nail ola bilməyiblər: “Bu gün turnir cədvəlini nəzərə almasaq, hər iki komanda 1 xal qazandı. Amma turnir cədvəlini, eləcə də evdə oynadığımızı nəzərə alsaq, qələbə qazanıb rəqiblə xallarımızı bərabərləşdirmək istəyirdik. Bunun üçün yaxşı epizodlar da var idi. Amma onlardan yararlana bilmədik. Mövsümün əvvəli olsaydı, hər iki komanda bugünkü bir xaldan razı qalardı”.
Mütəxəssis fasilədən sonra komandasında bir qədər yorğunluğun özünü büruzə verdiyini söyləyib: “İkinci hissədə bəzi futbolçularda yorğunluq hiss olunurdu. Buna görə də oyunumuzda texniki səhvlərin sayı artmışdı. Çoxsaylı top itkilərimiz oldu. Xüsusən də müdafiədən hücuma çıxanda. Halbuki istifadə etmək üçün yaxşı boşluqlar var idi. Amma ötürmələrimiz qeyri-dəqiqlik olurdu”.
“Zirə”nin çalışdırıcısı bəzi futbolçularla danışıqlar apardıqlarını bildirib: “İkinci hissədə hücumu gücləndirmək istərdim. Lakin ehtiyatda demək olar ki, hücuma meyilli futbolçu yox idi. Axtarışlarımız davam edir. Maraqlandığımız futbolçular var. Bəziləri ilə danışıqlar da aparırıq. Hər an hər şey baş verə bilər”.
Sadıqov “Sabah”ın hücumçusu Davit Volkovun “Zirə”yə mümkün qayıdışını şərh etmək istəməyib: “Ümumən hücumçu axtarırıq. Alınsa, götürəcəyik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
08.11.2026
07.11.2026
06.11.2026
























