9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Braqa" - "Qarabağ" oyunu danimarkalı hakimlərə tapşırıldı

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, matç Danimarkadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri qismində Vollenberg Rasmussen və Steffen Bramsen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31