Ölkə futbolu
Vaxtında verilmiş qərar, düzgün seçim - QEYD
Hələ ilk dövrədən sonra Adrian Mutunun "Neftçi"də çox duruş gətirə bilməyəcəyi gözlənilən idi. Həmin vaxt da qeyd etmişdik ki, vəziyyətdən çıxış yolu rumın mütəxəssisin klubdan göndərilməsidir. Əks halda "ağ-qaralar" çempionluq bir yana, medalsız belə qala bilər. Məsələ təkcə nəticələrdə deyil. Əsas problem onda idi ki, "Neftçi" normal, az da olsa gələcəyə ümid verən futbol oynamırdı. "Komanda yeni yığılıb", "vaxt lazımdı" və s. Bütün bunlar bəhanədən başqa bir şey deyildi. Ortada "Araz-Naxçıvan" nümunəsi var. Azər Bağırov sübut etdi ki, normal hazırlıq keçmədən, birlikdə bir yoxlama oyunu keçirmədən belə yaxşı futbol sərgiləmək mümkündür...
Nəhayət gözlənilən - Mutunun göndərilməsi dünən baş tutdu. Bildiyimiz qədəri ilə bu gedişdə həlledici məqam "Qarabağ"la oyun (0:2) olub. Həmin matçdan sonra mətbuat konfransına daxil olarkən rumın mütəxəssisin üz ifadəsindən klub rəhbərliyi tərəfindən yaxşı danlandığı hiss olunurdu. “Neftçi” son illər “Qarabağ”a dəfələrlə, hətta böyük hesabla da uduzub. Lakin heç birində dekabrın 18-də olduğu kimi aciz görünməmişdi. Kənardan belə təəssürat yaranırdı ki, Mutu futbolçularına meydanın mərkəzini keçməyi qadağan etmişdi. Oyundan sonra sosial şəbəkələrdə “Bu cür aciz “Neftçi” görməmişəm” yazan fanatların sayı-hesabı yox idi.
Odur ki, qış fasiləsi ərəfəsində Adrian Mutunun göndərilməsi tam doğru qərardır. “Filan qədər pul getdi”, “N qədər kompensasiya alacaq” tipli fikirlər isə “Neftçi” kimi klubun adına, imicinə yaraşmır.
Mutunun gedişini rəsmən açıqlayan “Neftçi” az sonra yeni baş məşqçisini ictimaiyyətə təqdim etdi. Bu, Miodraq Bojoviçdir. Rusiya futbolunun azarkeşləri monteneqrolu mütəxəssisi yaxşı tanıyır. Lakin Bojoviç yeni işində bismillah etməmiş artıq “tez-tez klub dəyişir”, “heç bir uğuru yoxdur” tipli atmacalar başlayıb.
Əvvəla, Bojoviç son illər azərbaycanlı məşqçi və futbolçuların yaxın düşə bilmədiyi Rusiya futbolunda rekordçudur. O, klub və mövsüm sayına görə Rusiya futbolunda ən yaxşı nəticəyə malik əcnəbi mütəxəssisdir. Bojoviç 11 mövsüm ərzində Rusiyanın 7 klubunu çalışdırıb. “Neftçi”nin seçiminin uğursuz olduğunu iddia edənlər həqiqətənmi düşünürlər ki, Rusiya kimi ölkədə “bacarıqsız” məşqçiyə 11 il şans verərlər? Təbii ki, yox. Hər halda “Amkar, “Moskva”, “Dinamo” (Moskva), “Rostov”, “Lokomotiv” (Moskva), “Arsenal” (Tula), “Krılya Sovetov” Bojoviçin qara qaşına, qara gözünə, yaxud da hündür boyuna aşiq olmayıb.
O ki qaldı “uğuru yoxdur”a, vikipediyaya baxmaq bu qədərmi çətindir? Yoxsa həqiqətənmi “Rostov”la, “Zenit”, “Spartak”, ÇSKA yox a, məhz “Rostov”la Rusiya Kubokunu qazanmaq, “Amkar” kimi klubla finala kimi irəliləməyi uğur saymırsız?
Təbii ki, zaman özü seçimin nə qədər uğurlu olub-olmadığını göstərəcək. Bizim qələmə aldığımız sadəcə ehtimaldır və hesab edirik ki, “Neftçi” bu dəfə seçimində yanılmayacaq. Hər halda avropalı mütəxəssislərlə müqayisədə, keçmiş SSRİ-dən olan məşqçilərin ölkəmizdə uğurları heç də az olmayıb. İstər Qriqorçuk olsun, istər Sxadadze, istərsə də Demyanenko...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
05.11.2026
04.11.2026
03.11.2026
























