Ölkə futbolu
Peter Kinqs: "Azərbaycan çıxış etdiyim ən sülhsevər ölkələrdən biridir"
I Liqada mübarizə aparan “Karvan”ın nigeriyalı yarımmüdafiəçisi Peter Kinqsin Futbolxeber.az saytına müsahibəsi
- 10 turdan sonra "Karvan"ın çıxışını necə dəyərləndirirsiz?
- Çempionata yaxşı başlamışıq. Bundan öncə keçirdiyimiz bütün matçlarda baxımlı oyun göstərmişik. Düşünürəm ki, bizim yaxşı oyun üslubumuz var.
- Komandada əsas hədəfiniz nədir?
- Həmişə komandama kömək etmək başlıca məqsədimdir. "Karvan"ın Premyer Liqaya yüksəlməsi üçün bacardığım hər şey edəcəm. Komanda buna layiqdir. Əlimə düşən imkanları maksimum dəyərləndirəcəm.
- 10 tura 5 qol vurmusunuz. Çempionatın sonunda bombardir olmağı hədəfləyirsiniz?
- Əlbəttə, qollar vurmağa davam edəcəm. Hər oyun fərqlənmək istəyirəm.
- “Karvan”dakı hazırkı şərait ürəyinizcədir?
- Komandanın mövcud vəziyyəti məni qane edir. "Karvan"ın təmsil etdiyi Yevlax şəhəri olduqca sakitdir. Əhalisi sülhsevərdir. Ümumilikdə isə mənə görə Azərbaycan çıxış etdiyim ən sülhsevər ölkələrdən biridir.
- Bəs I Liqanın səviyyəsi barədə nə deyə bilərsiz?
- Çempionatın keyfiyyəti yaxşıdır. Amma düzünü deyim ki, arzum daha yüksək səviyyədə çıxış etməkdir.
- "Karvan"ın cari mövsümdəki hədəfi nədir?
- Əsas məqsəd sözsüz ki, Premyer Liqaya vəsiqə qazanmaqdır. Digər tərəfdən kubok oyunları da var. İnanıram ki, Azərbaycan kubokunda da mümkün olduğu qədər irəli gedəcəyik.
- “Karvan” cari mövsüm Premyer Liqaya vəsiqə qazana bilməsə, növbəti mövsüm başqa bir Azərbaycan klubunda çıxış etmək istərdiniz?
- Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmək istəyirəm. Təklif gələrsə, bu barədə düşünmək olar.
- Azərbaycan Premyer Liqasını izləyirsiz? Hansı komandanın oyununu xüsusi qeyd edə bilərsiniz?
- Əksər klublar əsas liqada baxımlı oyun nümayiş etdirir. Lakin onu deyə bilərəm ki, öz ölkəmdə çıxış edəndən bəri mən "Qarabağ" azarkeş olmuşam. Onların oyun üslubunu çox bəyənirəm.
- Komanda yoldaşlarınızla münasibətiniz necədir?
- Onlar mənə isti münasibət göstərir. Hər biri ilə əla münasibətim var. Bir-birimizə hörmətlə yanaşırıq.
- Fikrinizcə, Azərbaycan çempionatı digər liqalarda oynamaq və püxtələşmək üçün trampling ola bilər?
- Məncə, Azərbaycan Premyer Liqası heç də zəif deyil. Liqada kifayət qədər yaxşı, əzmkar klublar mübarizə aparır. Onların oyun üslubu göz oxşayır. Ona görə də hazırda başqa ölkə barədə düşünmürəm.
- Sonda yevlaxlı azarkeşlərə nə demək istərdiz?
- Azarkeşlərimiz möhtəşəmdir. Onların bizə olan dəstəyini, hər oyun çəkdikləri əziyyəti yüksək qiymətləndirirəm. Bütün azarkeşlərimizə minnətdaram. Onların dəstəyi altında oynamaq həm xoş, həm də qürurvericidir.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























