7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Sumqayıt”ın legionerinin ayağını sındıran futbolçunun cəzası açıqlandı

II Liqada mübarizə aparan "Lerik"in futbolçusu Rahid Ağazadə 6 oyunluq cəzalandırılıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, onun Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Sumqayıt"la görüşdə rəqibin oyunçusu Kristian Velinovskini zədələməsi buna səbəb olub.

Həmin epizodda Velinovskinin ayağı sınıb. Kristian Velinovski əmək qabiliyyətini bir neçə aylıq itirib.

AFFA-nın İntizam Komitəsi Rahid Ağazadəni təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı və K.Velinovskini əmək qabiliyyətindən məhrum etdiyi üçün PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsaslanaraq bütün turnirlər daxil olmaqla 6 oyunluq cəzalandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31