5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Bilel Auaşeriya: “Turnir cədvəli barədə düşünmürük”

“İlk qolu fərdi səhv əsasında buraxdıq. Bundan sonra komanda şəklində daha çox pressinq etdik. Oyundan qopmamaq üçün çalışdıq. Bununla belə, "Qarabağ"a qarşı oynamağın asan olmadığını hamı bilir.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Bilel Auaşeriya Azərbaycan Premyer Liqasının XV turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Fransalı futbolçu erkən qolun matçın taleyini həll etdiyini düşünmür: “Belə deməzdim. Rəqib hesabı açdıqdan sonra da matçı nəzarət altında saxlamağa çalışırdıq. Həlledici "Qarabağ"ın vurduğu ikinci qol oldu. Bundan sonra oyuna köklənmək olduqca çətin idi”.

B.Auaşeriya “Qəbələ”nin qeyri-stabil çıxış etməsi fikri ilə razılaşmayıb: “Düşünürəm ki, “Qarabağ”la oyunda da fərqlənmək üçün xeyli şanslarımız oldu. Hətta bəzi epizodlarda hesabı bərabərləşdirə bilərdik. Biz "Qarabağ"ın ikinci dəfə fərqlənməyinə imkan vermək istəmirdik. Bu səbəbdən daim rəqibə qarşı təzyiq göstərirdik. Yalnız bu yolla qələbə qazanmaq olar. Düzdür, cari mövsüm istədiyimiz nəticələri qazanmırıq. Lakin bu, qeyri-stabilliklə bağlı deyil”.

O, hazırda turnir cədvəli barədə düşünmədiklərini vurğulayıb: “Yalnız hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırıq. Bütün rəqiblərə qarşı var gücümüzlə hazırlaşırıq. İnanıram ki, tezliklə qələbələri sıralayacağıq”.  

Azad NURİYEV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31