Ölkə futbolu
Qurban Qurbanov: “15 ildir ki, adım milli ilə hallanır”
“Futbolçularımı təbrik edirəm. Nəticəni bir yana qoysaq, çox yaxşı oyun getdi. Azarkeşlər üçün maraqlı, dinamik oyun oldu. Bizim səhvlərimiz çox idi. Xüsusən də, ilk hissədə. Bunu da normal qəbul edirəm. Uzun fasilədən sonra kollektivin hazırlıqları fərqli olur. Futbolçularda yorğunluq var idi, bəziləri öz idman formasından uzaqlaşmışdı”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Bu cür rəqibə qarşı oynamaq bizim üçün həmişə çox xoşdur. "Sabah" meydanda nə etdiyini bilən, dinamik, sürətli futbol oynayan və sürətli futbolçuları olan komandadır. Bəlkə də, bu gün "Sabah" uduzmağa layiq deyildi. Amma biz vacib üç xal qazandıq. Onlara uğurlar arzulayıram. Bu komanda get-gedə daha təhlükəli olacaq. Bunu bu gün tam hiss etdik. Futbolçularım çox əziyyət çəkdi. Stadionda olan bütün azarkeşlərə təşəkkür edirəm", - deyə o bildirib.
Mütəxəssis "Sabah"la matçın Avropa Liqasında "Mölde" ilə oyunöncəsi onlara necə fayda verəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Faydası mütləq olacaq. Sadəcə "Sabah" və "Mölde" tam fərqli sistemdə oynayan komandalardır. Bu oyunda etdiyimiz səhvlər inanıram ki, "Mölde" oyunöncəsi bizə çox fayda verəcək. Çünki "Mölde" evdə oynayır, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumən mənə ən vacibi futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bu görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. İnanıram ki, bu oyunun ancaq faydası oldu. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu".
O, komandanın futbolçusu Patrik Andrade haqda da danışıb: "Məncə, özünə qayıdır. Çox irəliləyiş qət edib. Patrik və Leandro Andrade dünən günorta saatlarında Bakıya çatmışdılar. Komanda ilə heç məşq də etməmişdilər, 24 saat yolda olublar. Bilirsiz, onların Esvatini ilə oyunları noyabrın 21-də idi. İnanın ki, onları meydana buraxaraq risk də etmək istəmirdim. Amma lazım idi. Oyunun gedişatına görə də, lazım gəldi. Amma Patrik son vaxtlar çox yaxşı proqram üzrə çalışır və bütün məşqlərdə ən yaxşılardan biridir. Patrik qayıdıb. Qarşıdakı matçlarda Patrik, Yankoviç, Riçard Almeyda, Romao, hamısından oyuna görə istifadə edəcəyik".
Q.Qurbanov Andrey Lunyova bir epizodda irad bildirməsinin səbəbini barədə suala cavab olaraq söyləyib: "İrad deyəndə ki, oyun epizodu idi. İlk hissədən sonra bəzi fikirlərimi bildirmişdim. Bəzi epizodlarda ona əməl etmədi deyə, fikirlərimi bildirdim. Elə də, böyük irad deyildi”.
O, Norveç səfərinə noyabrın 29-da yollanamaları haqda deyib: "Altı gün sonra oynayacağıq. Əvvəlki proqramımız iki gün öncə Norveçə getmək idi. Sonra dəyişdik, bir gün öncə ora getməyi planlaşdırdıq. Ayın 27 və 28-dəki məşqlərimiz çox vacibdir. Norveçə yol uzundur. Ümumiyyətlə, iki gün əvvəl proqram tutanda, səhər məşq edirik və sonra səfərə çıxırıq. Amma altı gün vaxtımız olduğuna görə, istədik ki, məşqlərimizi burada edək. Oyunöncəsi bir o qədər də məşqimiz olmayacaq. Əksinə, oyun günü səhər məşq edəcəyik. Üç saat fərqimiz var, Norveçdə də hava çox soyuqdur. Futbolçuları həm fiziki, həm də psixoloji olaraq çox yormaq istəmədik. Bəzən belə proqramlarımız olub, bu cür addımlar atmışıq”.
"Qarabağ"ın baş məşqçisi Julio Romaonun yoxluğunun komandaya təsiri barədə deyib: "Təsirini göstərəcək. Bu elə oyundur ki, istənilən dəyişikliklər vacibdir, həm də, əsas heyətin oyunçularının iştirakı vacibdir. Onun olmaması təsir edə bilər. Allah qoysa, digər futbolçularıma oyuna qədər bir şey olmaz. Patrik Andrade və Riçard Almeydanın təcrübəsi var. Tələblərimizi də bildiklərinə görə, inanıram ki, Romaonun yoxluğunun bir o qədər təsiri olmayacaq. Amma ümumi oyunun gedişatına baxsaq, matçın gedişində hansısa dəyişiklik etmək istəyə bilərik. Məhz bu mənada, Romaonun olmamasını böyük itki kimi adlandırmaq olar".
Q.Qurbanov "Mölde"nin illərdir ki, öz oyun stilində oynadığını və onu dəyişmədiyini vurğulayıb: "Onu da çox yaxşı icra edirlər. Stabil heyətləri və stabil oyunu var. Öz meydanında da çox fərqli və dinamik futbol nümayiş etdirirlər. Meydança amili də var. Süni örtüklü meydança daha çox bizə mane ola bilər. Çünki "Mölde" illərdir ki, bu cür meydanda oynayırlar. Hava şəraiti də var. Amma bunları o qədər də düşünmürük. Bir oyunluq bu məqamlar bir o qədər də təsir etməli deyil".
O, bu gün hakim idarəçiliyini belə dəyərləndirib: "Hakimlərə hər iki tərəfdən narazılıq var idi. İstər-istəməz narazılıqlar olur. İlk hissədən sonra yaxınlaşıb fikirlərimizi bildirdikdə, dedi ki, bəli, bəzi epizodlarda səhv oldu. Bəlkə diqqətsizlik oldu deyə, görmədi. Amma hər iki tərəfə oldu. Çox böyük də irad bildirmədik. Hazırda elə də narazılığım yoxdur".
Qurbanov "AFFA yığmanın yeni baş məşqçisinin seçimi ilə bağlı yeni işçi qrupu yaradıb. Siz yeni işçi qrupuna hansısa tövsiyələriniz olacaq" sualını belə cavablandırıb: "Xeyr. Mənim tövsiyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə olacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyə edim”.
Mütəxəssis yığmada əcnəbi, yoxsa yerli baş məşqçi tərəfdarı olması və adının milli ilə hallanması haqda deyib: "Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim nə düzgün olar, nə də istəmirəm. Elə 15 ildir ki, adım hallanır. Tək mənim yox, digər məşqçilərin də adı milli ilə hallanır. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Zirə”də gözlənilməz ayrılıq
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
-
15:21
Dünya çempionatında 14 cüdoçu ilə təmsil olunacağıq
-
14:37
"Kəpəz"də yeni müqavilə
-
14:05
“Turan” heyətini kubalı voleybolçu ilə gücləndirib
-
13:52
Boksçularımız Qazaxıstanda beynəlxalq turnirə qatılacaqlar
-
13:16
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
-
12:48
Qurban Qurbanov: “Səfərə yaxşı nəticə üçün gedirik”
-
12:23
Zamiq “Şemrok Rovers”ə qarşı oynadı
-
12:00
“Çelsi” bu qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır
-
11:39
"Gəncə"də yeni müqavilə
-
11:14
Amerikalı hücumçu Azərbaycan klubunda
-
10:51
Həsən Zeynalov: “Voleybolda qazandığımız uğur bizi futbola gətirdi”
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
"LANDAU Lions" amerikalı legionerlə güclənib
-
09:45
“Sabahın Ulduzları”nda dəyişiklik: "Şəfa" getdi, bu komanda gəldi
-
23:33
Ehtiram Quliyev: "Daha güclü "Turan Tovuz" görəcəyik"
-
23:00
Sxadadze: "Yeni mövsümə heç 70 faiz də hazır deyilik"
-
21:56
Ehtiram Quliyev: “Keçmişdə nələrin baş verdiyi haqqında düşünmürük”
-
20:27
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
-
20:08
"Turan Tovuz" 2 milyon dollarlıq tərəfdaşlıq müqaviləsi imzaladı
-
19:44
“Karvan-Yevlax”dan yeni transfer
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
05.08.2026
04.08.2026
























