24 Mart 2026, Çərşənbə axşamı
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

"Qarabağ"ın sabiq məşqçisi xəstəxanaya yerləşdirilib

"Qarabağ" futbol klubunun akademiya rəhbəri olmuş Serpil Hamdi Tüzünün səhhətində problem yaranıb.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 84 yaşlı mütəxəssis bu gün xəstəxanaya yerləşdirilib.

Tüzünün bir vaxtlar baş məşqçi və məşqçi kimi işlədiyi "Beşiktaş" klubunun yaydığı açıqlamada bildirilib: "Keçmiş baş məşqçimiz və aşağı yaş qrupu sistemimizin memarı olan Serpil Hamdi Tüzünün xəstəxanaya yerləşdirildiyini təəssüflə öyrənmiş durumdayıq.  Serpil Hamdi Tüzüna keşmiş olsun deyir, şəfa diləyirik".

Qeyd edək ki, Serpil Hamdi Tüzün 2000-ci illərin sonu, 2010-cu illərin əvvəllərində "Qarabağ"ın akademiyasının rəhbəri işləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31