Ölkə futbolu
Rüstəm Əfsərli: “Azərbaycanda heç bir kanalın edə bilmədiyini CBC Sport bu 8 ildə edib”
Bu gün CBC Sport üçün əlamətdar gündür. Ölkədə HD təsvir formatında yayımlanan ilk televiziya kanalının - CBC Sport-un 8 yaşı tamam olur. Bu 8 ildə kanalla çox insanın yolu kəsişib. Amma 2 nəfər var ki, CBC Sport dedikdə ağıla ilk məhz onlar gəlir. Həmin şəxslərdən biri kanalın baş redaktoru Şəmsəddin Abbasovdursa, digəri də şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərlidir. Əlamətdar gündə onlardan hansı ilə danışaq? Bu barədə kiçik müzakirədən sonra qərara gəldik ki, 8 yaşlı CBC Sport-un ayaqda qalmasında bəlkə də hamıdan çox əziyyəti olan bu iki şəxs arasında seçim etmək düzgün olmaz. Ən yaxşısı hər ikisinə tribuna verməkdir.
- 8 yaş münasibəti ilə sizləri təbrik edirik. İlk gündən kanaldasız. CBC Sport-un 8 illik fəaliyyətini necə dəyərləndirirsiniz?
- Şəmsəddin Abbasov: Fəaliyyəti dəyərləndirmək bizim üçün düzgün olmaz. Fəaliyyətimizə ancaq tamaşaçılarımız, idman, futbol ictimaiyyəti qiymət verə bilər. 8 ildə az iş görməmişik. CBC Sport gənc olmasına baxmayaraq, artıq işi ilə özünü sübut edib. Hazırda kifayət qədər baxımlı, maraqlı layihələr ortaya qoyulub. Sözsüz ki, bu 8 il ərzində bizim yanımızda olan tamaşaçılar, Azərbaycan futbol və idman ailəsi nöqsanlarımızı, qüsurlarımızı göstəriblər, həm də dəstəkləyiblər. Buna görə onlara ancaq təşəkkür düşür.
- Rüstəm Əfsərli: Mənə elə gəlir ki, bizi özümüz yox, digərləri dəyərləndirsə, daha yaxşı olar. İstər-istəməz özümüz haqqında danışsaq, obyektivlikdən kənar fikirlərə yol verə bilərik. Kanalda gördüyümüz işlərə görə, iş yükünə görə fəaliyyətimizi biraz bəzəmək, hətta adi bir şeyi yaxşı görmək kimi zəifliklərimiz olacaq. Çalışacam, obyektiv olum və kənardan bir izləyici kimi fəaliyyətimizi qiymətləndirim. Əlbəttə, CBC Sport olaraq çatışmazlıqlarımız var. Anlamaq lazımdır ki, iş olan yerdə səhv və çatışmazlıqlar olacaq. CBC Sport işləyir. Əlindən gələni edir ki, Azərbaycan TV standartlarını yüksəltsin. Xüsusilə idman yayımının reytinqini qaldırsın. Bu ifadələr bizim kanalın şüarında da mövcuddur. Biz idman yayımçılığını yeni səviyyəyə qaldırmağa çalışırıq. Fikrimcə, 8 ildə bu alınıb. Ölkə üzrə idman yayımçılığını yarım addım irəli apara bilmişik. Oyunların çəkiliş və yayımı, həm də televiziyanın digər atributları burada yer alır.
- 8 il ərzində reallaşdırdığınız hansı layihələri daha uğurlu hesab edirsiz?
- Şəmsəddin Abbasov: Hesab edirəm ki, 8 ildə bir çox layihələrimiz uğurlu olub. Uğursuzlar sırasına daxil ola biləcək layihəmizin olduğunu xatırlamıram. Həmişə düşünmüşük ki, yeniliklər qataraq maraqlı layihələr ərsəyə gətirək. Kanal yarandığı gündən Azərbaycanda ilk HD formatda yayımlanan telekanal olaraq tarixə düşdü. Bu gün bizi sevindirən odur ki, CBC Sport-u tək Azərbaycanda deyil, ölkə xaricində də izləyirlər. Dəfələrlə müxtəlif ölkələrdən kanalımızın sosial media hesablarına müraciətlər daxil olur. Yeni layihələr barədə bizə suallar verilir. Bütün bunlar onu deməyə əsas verir ki, CBC Sport artıq ölkə sərhədlərini aşıb, bütün dünyada izlənilir.
Rüstəm Əfsərli: Əlbəttə, CBC Sport-un ən böyük və uğurlu layihəsi Azərbaycan Premyer Liqasının çox kiçik istisnalarla, bütün matçlarının canlı olaraq yayımlanmasıdır. Azərbaycan futbolunun arxivini bununla formalaşdırırıq. Bunu qürurla deyirəm ki, Azərbaycanda heç bir kanalın edə bilmədiyini CBC Sport bu 8 ildə edib. Biz 2015-dən əvvəlki oyunları hazırlamaqda arxiv baxımından çətinlik yaşayırıqsa, bu gün həm öz arxivimizdə, həm də internetdə tapa bilirik. Son 8 ildə belə çətinliyimiz yoxdur. Bu, fəxr olunası məqamdır. Həmçinin, digər idman növləri üzrə də arxiv formalaşdırırıq. İdman hadisələrini çox yaxından işıqlandırırıq. Azərbaycan voleybol və basketbolunun son 2 ildə canlanmasında 5-10 faiz də olsa CBC Sport-un payı var. Həm basketbol, həm voleybol çempionatlarının yayımlanmasının təşəbbüsü də CBC Sport tərəfindən təklif olunub. Bunu ilk dəfədir açıqlayıram. Sonradan biz federasiyalararası fəaliyyət göstərərək belə bir əməkdaşlıq ortaya çıxarmışıq. İşimiz hər şeydən öncə Azərbaycan idmanına xidmət göstərməkdir.
- CBC Sport-un gələcək planlarına nələr daxildir? İzləyicilərinizə nə vəd edirsiniz?
- Şəmsəddin Abbasov: Gələcəklə bağlı planlarımız böyükdür. İndi üçün kartları açmaq istəmirəm. Həmişə olduğu kimi böyük layihələr üzərində işləyirik. Adlarını çəkə bilmərəm, hazırda danışıqlar gedir. Müqavilə bağlandıqdan sonra bu barədə rəsmi məlumat verəcəyik. CBC Sport-u izləyən hər kəsə təşəkkür edirik. Biz də çalışacağıq ki, buna qədər necə etmişiksə, bundan sonra da daha çox izləyici qazanaq. Kollektivimiz çox gəncdir. Həmişə gənclərə üstünlük vermişik. Bu illər ərzində CBC Sport artıq bir məktəbə çevrilib. Bu gün müxtəlif telekanallara, saytlara, idman federasiyalarına baxsaq, orada fəaliyyət göstərən şəxslərin vaxtı ilə CBC Sport-da işləyən insanlar olduğunu görə bilərik. Bu hal bizi çox sevindirir. CBC Sport olaraq Azərbaycan idman jurnalistikanın bir məktəbi formalaşıbsa, bu da bizim ən böyük qazanclarımızdan biridir.

Rüstəm Əfsərli: İzləyicilərimizə ancaq yüksək standartı qoruyub saxlayacağımızı vəd edirik. 8 ildə olduğumuz kimi davam edəcəyik: Dəqiq, operativ, qərəzsiz. Bu hal həmişə olmaya bilər. Bəzən hansısa birində axsamaq olar. İzləyicilərimiz əmin ola bilər ki, biz həmişə sözün düzünü deyirik, həmişə də bunu edəcəyik. Növbəti illərdə yeni layihələrlə bağlı çoxlu fikirlər var. Amma əsas hədəf kanalın texniki tərəfini möhkəmləndirməkdir. Keyfiyyətli yayım üçün ilkin addımlar atmalıyıq. Bizim çalışqan, işgüzar, gənclərdən ibarət kollektivimiz var. Sadəcə olaraq onlara lazımi şəraiti bəxş etməliyik ki, özlərini göstərə bilsinlər. Yaxın zamanda onlara bu şərait artıqlaması ilə yaradılacaq.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























