6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: “Araz-Naxçıvan”a bu gün qələbəni haqq elədi”

“Araz-Naxçıvan” bu gün qələbəni haqq elədi. Bizim üçün oyun istədiyimiz kimi alınmadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda “Araz-Nazçıvan”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

CBC Sport-a açıqlamasında təcrübəli mütəxəssis rəqibin üstün cəhəti kimi məşqçilər korpusunu qeyd edib: “Araz-Naxçıvan”da çox istəki, bacarıqlı məşqçilər yığışıb. Onların əksəriyyəti futbolu yeni qurtarıblar. Futbolçu kimi necə istəklidi idilərsə, indi də məşqçi kimi istəklidilər”.

Qurbanov ardıcıl 3 matçda qələbə qazana bilməyən “Qarabağ”da eniş olması fikri ilə razılaşıb: “Nəticə yoxdursa, komandada eniş var demək olar. Rəqiblərimiz bizə qarşı daha inamlı olublar, daha yaxından tanıyırlar. İnşallah qarşıdakı oyunlarda vəziyyəti düzəltməyə çalışacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31