6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Millimizin kapitanı: “Hədəfimiz dünya çempionu olmaqdır”

“Hazırlığımız yüksək səviyyədədir. İstər ölkə daxilində, istər ölkə xaricində yaxşı hazırlıq keçmişik. Komandamızda vəziyyət əladır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri dünya çempionatında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanan minifutbol millimizin kapitanı Seymur Məmmədov deyib.

Hava limanında jurnalistlərin suallarını cavablandırarkən o, mundiala çempionluq üçün yollandıqlarını bildirib: “Hədəfimiz dünya çempionu olmaqdır. Buna qədər Avropa çempionu olmuşuq. Azərbaycada hamı bizi çempion kimi tanıyır. Ona görə də azarkeşlər komandamızdan yüksək nəticə gözləyirlər. Biz də bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik”.

O, DÇ-da bütün rəqiblərə ciddi yanaşdıqlarını qeyd edib: “Dünya çempionatında zəif rəqib yoxdur. Ona görə də bizim üçün hər matç finala bərabər olacaq. Fərqi yoxdur, bu, qrup oyunudur, ya pley-off”.

İbrahim CƏFƏROV

  

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31