6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Araz-Naxçıvan" - "Qarabağ" oyununun məkanı dəyişdi

Azərbaycan Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib.

Futbolxeber.az "Araz-Naxçıvan" - "Qarabağ" saytının məlumatına görə, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək qadınlar arasında Millət Liqası çərçivəsində 31 oktyabrda baş tutacaq Azərbaycan - Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsini xahiş edib.

“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ” klubunun razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib. Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan"  - "Qarabağ" oyunu kimi keçiriləcək və 30 oktyabr saat 19:00-da başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31