5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Ölkə futbolu

“Artıq Qurban Qurbanovun ədalət prinsipləri bütün dünyaya bəlli oldu”

“Qarabağ”ın prezidenti Tahir Gözel komandanın baş məşqçisi Qurban Qurbanovu “Jean Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, o, Qurban Qurbanov layiq olduğu mükafatı qazandığını bildirib:  “Artıq “Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.

Klub prezidenti “Qarabağ” və təcrübəli mütəxəssisin mənəvi baxışlarının üst-üstə düşdüyünü qeyd edib: “Bu, eyni zamanda “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30