5 Noyabr 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya məğlub oldu
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi

Ölkə futbolu

"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 50-ci qolunu vurub

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
 
Futbolxeber.az saytının məlumaıtna görə, yubiley topuna Elvis Maşike imza atıb.
 
O, X turda fərqlənib. “Qəbələ” ilə səfər görüşündə (4:1) komandasının 3-cü qolunu vuran konqolu futbolçu klub tarixinə düşüb.
 
“Araz-Naxçıvan”ın 50-ci qolu yüksək liqadakı 52-ci matçda qeydə alınıb. Qəbələdə daha bir dəfə fərqlənməklə bu rəqəmi 51-ə çatdıran komandanın orta məhsuldarlığı 0,98-ə bərabərdir. Naxçıvanlılar evdə 26, səfərdə 25 qol vurublar.
 
Muxtar Respublika təmsilçisinin ilk qolu 2000-ci il avqustun 20-də qeydə alınıb. Quba “Şahdağ”ının qonağı olan “Araz-Naxçıvan” İlham Allahyarovun rəqib qapısına yol tapdığı matçda 1:0 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, Qəbələdəki qələbə “Araz-Naxçıvan”ın yüksək liqada 3 xal qazandığı 15-ci matç olub (pfl.az).







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30