5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Xorvatiya mətbuatı Mahirdən yazdı

Xorvatiya mətbuatında Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda çıxış edən üzvü Mahir Emreli haqqında yazılıb.

Futbolxeber.az saytının məlumatına görə, "Sportske novosti"də komandanın Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda "Astana"ya qarşı keçirəcəyi oyun üçün mümkün start heyəti müzakirə edilib və Mahirə əsas heyətdə yer veriləcə iddia edilib:

"Dinamo"nun hücumunun sağ cinahında Mahir Emreliyə yer verəcəyi gözlənilir. O, Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunda Qazaxıstanda "Astana"ya qarşı oynamışdı (2:0). Bu mənada, Mahir yenidən həmin mövqeyə daha yaxın görünür. Astanadakı görüşdə Mahir yaxşı təsir bağışlamışdı. Bu səbəbdən də Mahir Emrelinin "Astana"ya qarşı matçda əsas heyətdə yer alacağını gözləmək olar. Sol cinah Lyubiçiçin oynaya biləcəyi yeganə mövqedir. Misiç, Bulat və Baturina isə onun arxasında yer alır. Şübhəsiz ki, onlar "Dinamo"nun hücumlarını quracaq oyunçular olacaqlar. Petkoviçlə yanaşı, hücumda Emreli və ya Vidoviç yer olmalıdır".

Qeyd edək ki, “Dinamo" ilə "Astana" arasındakı görüş sentyabrın 21-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31