5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Əlcəzair millisinin üzvü “Sabah”da

“Sabah” Əlcəzair millisinin futbolçusu İshak Belfodili transfer edib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubu yeni transferi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Videorolik şəklində təqdim edilən yeni oyunçunun adı açıqlanmasa da, onun karyerası ərzində oynadığı klublar qeyd olunub. Məhz həmin videodan heyətə cəlb edilən futbolçunun 31 yaşlı Belfodil olduğunu müəyyənləşdirmək çətin deyil.

Qeyd edək ki, İshak Belfodil karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib. Əlcəzair millisinin üzvü bu ilin yayında Qətərin “Əl-Qarafa” klubundan ayrılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31