Ölkə futbolu
Fərrux Mahmudov: “Sentyabrın 7-dən sonra daha güclü “Neftçi” görəcəyik” (MÜSAHİBƏ)
“Neftçi”nin prezidenti Fərrux Mahmudovun Futbolxeber.az saytına müsahibəsi.
- Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” səfərdə “Sabah”la bərabərə qaldı (1:1). Həmin görüşdə komandanın çıxışından razı qaldınız?
- “Sabah”la oyunun nəticəsi məni razı salmadı. Çünki səfərə qələbə üçün yollanmışdıq. Təəssüf ki, yekunda 1:1 hesabı qeydə alındı. Gərgin oyun alındı, xeyli vərəqə göstərildi.
- Vərəqədən söz düşmüşkən, matçın ikinci hissəsində baş hakim Əliyar Ağayev “Sabah”ın müdafiəçisi Amin Seydiyevə qırmızı əvəzinə, sarı vərəqə göstərdi. Qarşılaşmadan sonra mütəxəssislər, ekspertlər, bir sözlə, hər kəs referinin səhvə yol verdiyini dedi. Qəribədir ki, “Neftçi” bu epizodla bağlı hər hansı bir etiraz bildirmədi...
- Hardan bilirsiz ki, etiraz etməmişik?
- Hər halda belə bir açıqlama gözümüzə dəyməyib.
- Xeyr, etiraz etmişik. Qarşılaşmadan sonra Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədova zəng vurduq. Hakimliklə bağlı söhbətimiz oldu. Elxan müəllim cavabında bildirdi ki, bütün epizodlar baxılacaq və bizə geridönüş edəcəklər.
- “Neftçi” artıq cari mövsüm avrokuboklardakı çıxışını başa vurdu. “Beşiktaş”la səfər matçını necə dəyərləndirərdiz?
- Təbii ki, hər iki oyun bizim üçün çox çətin keçdi. Ümumiyyətlə, “Beşiktaş” kimi klubu Konfrans Liqasında görmək qəribədi. Dünya səviyyəli klubdu. Onlarla oynamaq futbolçularımız üçün bir təcrübə oldu. Mutu cavanlara da şans verdi. Bu, bizim üçün pozitiv məqam idi. Cavab görüşündə fasiləyə 1:0 hesabı ilə üstün yollandıq. Hətta ikinci qolu da vura bilərdik. Matias yaxaladığını şansı dəyərləndirsəydi, bəlkə də hər şey fərqli olardı.
- Transfer çalışmaları davam edir, yoxsa “Neftçi” hazırkı heyətlə yoluna davam edəcək?
- Hazırda iki transfer üzərində çalışırıq. Biri sağ vingerdi, digəri isə mərkəzi hücumçusu. Keçidlərdən biri artıq yekunlaşmaq üzrədi. Ümid edirəm ki, qarşıdakı günlərdə bu transferi ictimaiyyətə açıqlayacağıq.
- Geridə qalan müddətdə yeni transferlərin çıxışından nə dərəcədə razısız? Azarkeşlər xüsusən Ervin Koffindən narazılıq edirlər...
- Biz yeni tranferlərin hamısına inanırıq, sona kimi də inanacağıq. Hələ tezdi, 1-2 oyuna görə fikir bildirmək düzgün olmaz. Koffi gələn kimi zədələndi. Azarkeşlər də inanmalıdılar. Nəzərə alaq ki, uyğunlaşmaq üçün bir qədər vaxt lazımdı. Qarşıda komandanın toplanışı olacaq. Toplanışdan sonra daha güclü “Neftçi” görəcəyik.
- Hazırlıq prosesi ölkə xaricində olacaq?
- Bəli, böyük ehtimalla Türkiyədə olacaq. 1-7 sentyabr tarixlərində.
- Bir müddət əvvəl Rusiya mətbuatı sentyabrda “Neftçi”nin yenidən “Zenit”lə qarşılaşacağını yazırdı. Belə çıxır ki, həmin görüş baş tutmayacaq?
- “Bu gün “Zenit”dən mənə zəng gəldi. Onlar yenidən bizimlə qarşılaşmaq istəyirlər. Lakin “Zenit” bu dəfə görüşün Bakıda keçirilməsini istəyir, özü də noyabr ayında. Bu barədə baş məşqçimizlə söhbətimiz olacaq. Yekun qərar Mutudan asılıdı. Əgər hər hansı bir başqa plan olmasa, noyabrda bu qarşılaşma baş tuta bilər”.
- Sabir Buqrinin “Neftçi”yə qayıdacağı barədə yayılan xəbərlər nə dərəcədə doğrudu?
- Bu barədə mən də fan-səhifədən oxudum. Açığı, azarkeş səhifələrində hərdən maraqlı xəbərlər olur, bilmirəm onları hardan əldə edirlər (gülür). Bəlkə də Buqrin qayıtmaq istəyir, bu barədə azarkeşlərə nəsə deyib. Lakin rəsmi olaraq bu, şayiədi.
Fərəc ASLANOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























