Ölkə futbolu
Qurbanov: "Çox əziyyət çəkdik"
“Çox gərgin oyun oldu, vacib üç xal qazandıq. Çox açıqlama vermək istəmirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda öz meydanında "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qələbənin çətinliklə əldə edildiyini vurğulayıb: “Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədir ki, bundan da gərgin oyunlara çıxa bilərik. Çünki futbolçuların hazırlığında bir az qeyri-stabillik var. Bu da başadüşüləndir. Bir qrup oyunçular avrokuboklarda, digərləri çempionatda oynayır, bəziləri zədəlidir. Buna baxmayaraq, bəzən belə hallarda futbolçularımın xarakterini, onların daha da böyümələrini görürəm. Düşünürəm ki, bu sıx qrafik, gərgin oyunların bizə faydası var. Qalib olmasaq belə. Çox əziyyət çəkdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə təşəkkürümü bildirirəm. Azər müəllimə, "Araz-Naxçıvan"a uğurlar arzulayıram”.
“Qarabağ”ın çalışdırıcısı yeni transfer Andrey Lunyovdan da söz açıb: “Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə son 7-8 ayda oyun təcrübəsi çatmır. Dünən ilk məşqimiz oldu. Hazırlığı tam yaxşı səviyyədə deyil. Kimin əsas qapıçı olması onların özlərindən asılı olacaq. Lunyova ümidlərimiz böyükdür. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdur. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu əvvəldən istəyirdik. Son vaxtlar oyun praktikası olmasa da, təcrübəsi ona kömək edə bilər. Hazırlığı mənim üçün vacib olacaq. Qapıçı məşqçiləri ilə danışacağıq. Qarşıdakı oyunlarda öz idman formasını geri qaytarsa, istifadə edəcəyik”.
Q.Qurbanov bu görüşün "Olimpiya" ilə oyunqabağı səmərəli hazırlıq olduğunu bildirib: “Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq və sonda qol vurmaq oyunçulara inam verir. Təki faydası çox olsun. Hər bir halda, iki gün əvvəl Bakıya qayıtmışıq. Beş saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də oyun saat 6-da oldu. Üç sutka keçməyib HİK-lə matçdan. Bizim borcumuzdur oynamaq. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyaları, əlimizdəki heyəti gördüz. Kevin Medinanın ağrıları var idi, risk etmədik. Bədavi Hüseynovun da ağrıları oldu. Bu hallar mənə də, komandaya da böyük təcrübə verir”.
O, Sloveniya klubu ilə ilk matçı səfərdə keçirmələri barədə deyib: “Bəzən ilk oyun evdə olur, fayda verir. Futbol elə nöqtəyə gəlib ki, səfər və ev fərq etmir. İnşallah faydalı olar”.
Qurbanov indiki komandanın beş il əvvəlki "Olimpiya"dan fərqləndiyini vurğulayıb: “Onda heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidir. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldır, xeyli sayda legioner Portuqaliyadandır. Portuqal və ispan futboluna daha yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, hər iki oyun maraqlı olacaq”.
Q.Qurbanov Bəhlul Mustafazadənin “Olimpiya” ilə görüşə qədər hazır olacağına ümid edir: “Bu gün ağrıları azalmışdı. Sabahkı məqşdə görək özünü necə hiss edəcək. Ondan sonra məlumat verəcəyik”.
“Qarabağ”ın çalışdırıcısı digər klublarımızın da avrokuboklarda çıxışını davam etdirməsini istəyib: “Bizdə məsuliyyətin olmadığı vaxt yoxdur. "Qarabağ"ın elə adı var ki, burada mütləq məsuliyyət olmalıdır. Bunu rəhbərlik də bizə bildirir, məndə və futbolçularda məsuliyyət çoxdur. İldən-ilə bizdən gözləntilər çoxalır. Amma ümumən "Sabah" və "Neftçi" uduzsa da, layiqli oyun göstərdilər. Matçlarına baxdım. "Neftçi"yə daha ciddi rəqib düşdü. Uduzsalar da, yaxşı oynadılar. Bu amil ola bilər ki, bizim məsuliyyətimizi daha da artırsın. Stimul həmişə var. Hamı "Qarabağ"lı olacaq. Biz də çalışacağıq ki, maksimum güc sərf edək ki, onları sevindirək”.
O, yeni transferin olacağını istisna etməyib: “Ola bilər. Çünki transfer pəncərəsinin bağlanmasına bir neçə gün var. Əgər düşündüyümüz mövqeyə oyunçu tapsaq, edəcəyik. Düşündüyümüz transferlərdən Bakıda olanları yoxdur”.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
05.11.2026
04.11.2026
03.11.2026
























