4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Öncə Başiç, sonra Mutu

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçiriləcək “Jelezniçar” - “Neftçi” oyunu öncəsi bakılıların baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, tədbir bu gün Bakı vaxtı ilə saat 21:30-da “Qrbaviça” stadionunun mətbuat zalında baş tutacaq.

Konfransdan sonra - saat 22:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Eyni məkanda bu gün Bakı vaxtı ilə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiçin iştirakı ilə mətbuat konfransı, 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31