4 Iyun 2025, Çərşənbə
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi

Ölkə futbolu

“Turan Tovuz”un yarımmüdafiəçisi: “Bu tempdə davam etsək...”

"Adana Demirspor”la oyundan öncə yüngül ağrılarım oldu. Ona görə də risk etmək istəmədik. Lakin ikinci yoxlama matçında hər şey qaydasında idi və meydana çıxdım”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un üzvü Fərid Nəbiyev deyib.

Tovuz klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq matçının kənardan izləyən yarımmüdafiəçi ikinci görüşdə forma geyib. O, “Eyüpspor” üzərində qazandıqları 2:1 hesablı qələbəni belə şərh edib: “Oyun çox maraqlı və gərgin keçdi. “Eyüpspor” da çox yaxşı, formalaşmış komandadı. Biz də yaxşı çıxış etdik. Düşünürəm ki, oyundan oyuna komandamız daha da yaxşı vəziyyətdə olacaq”.

“Eyüpspor”la qarşılaşma günü 24 yaşını qeyd edən Nəbiyev qeyd edib ki, ilk dəfədir ki, ad günündə fərqlənir: “İndiyə qədər ad günümdə qol vurmamışdım. Bu, ilk idi. Demək olar ki, özüm özümə hədiyyə etdim”.

O, yeni mövsümə çox ciddi hazırlaşdıqlarını vurğulayıb: “Komanda olaraq yeni mövsümə çox ciddi hazırlaşırıq. Çalışırıq ki, oyunlar zamanı məşqçilərin verdiyi tapşırıqları düzgün yerinə yetirək. Bu tempdə davam etsək,  çempionat oyunlarına tam hazır olacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30