Ölkə futbolu
Rəşad Sadıqov: “Tək biz deyil, digər komandalar da transferlərdə problem yaşayır”
“Artıq 20 gündür ki, məşqlərə başlamışıq. Hazırlıq prosesi çərçivəsində ilk oyunumuz idi. Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdikləri yoxlama görüşü barədə danışarkən deyib.
O, komandasının çıxışından razılığını ifadə edib: “Söhbət nəticədən getmir. Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Ümumən komandamın çıxışından razı qaldım”.
Sadıqov yeni transferlərlə bağlı axtarışlarının davam etdiyini bildirib: “Hər mövsüm öncəsi komandada dəyişiklik olur, kimlərsə gedir, onların əvəzinə başqaları gəlir. Bəzən aparıcı futbolçuları komandada saxlamaq mümkün olmur. Yaxud lazımi transferləri reallaşdıra bilmirsən, seleksiya uğursuz olur. Bir çox səbəblər var. Bir neçə mövqeyə transferlər etmək istəyirik. Axtarışlarımız davam edir”.
“Zirə”nin çalışdırıcısı gücləndirmək istədiyi mövqeləri də açıqlayıb: “Mərkəz yarımmüdafiəçisi, stoper transfer etmək istəyirik. Hazırda cəmi 2 stoperimiz var. Ona görə də bu mövqeyə mütləq futbolçu alınmalıdı. Eləcə də legioner qapıçı götürməyi və hücumameyilli bir futbolçu transferini planlaşdırırıq. Ən azı daha 3-4 transferə ehtiyac var. Lakin nə dərəcədə alınıb-alınmayacağını zaman göstərəcək”.
R.Sadıqov “Kəpəz”lə oyunun ikinci hissəsində şans verdiyi əvəzedici heyətin futbolçularının Türkiyəyə təlim-məşq toplanınışına yollanmaq ehtimalına da toxunub: “O futbolçuların çoxu bizimlə birgə həftəiçi məşqlərdə iştirak edirlər. Keçənildən bəzi futboçuları əsas komandanın məşqlərinə cəlb edirik. Onları diqqətdə saxlayırıq. 1-2 nəfərin Türkiyəyə getməsi mümkündü. Mövqelərə baxacağıq. Zədəli futbolçularımız var. Hazırda komandada 3-4 nəfər zədədən əziyyət çəkir. Elə etməliyik ki, toplanış zamanı ən azı hər mövqedə 2 sağlam futbolçumuz olsun”.
O, yeni transferlərin yubanmasına görə təəssüfləndiyini gizlətməyib: “Tək biz deyil, digər komandalar da transfer baxımından problem yaşayır. Hər məşqçi istəyir ki, toplanışın ilk günündən yeni transferlər sərəncamında olsun. Təəssüf ki, hələ ki alınmır”.
Mütəxəssis qeyd edib ki, Türkiyədə qarşılaşacaqları rəqiblərdən ikisinin adı artıq məlumdu: “Danışıqlar gedir, hələ tam siyahı tam bəlli deyil. Daha doğrusu, ikisi bilinir - “Karagümrük” və “Qaziantep”. Çalışırıq ki, həm bizim, həm də rəqiblərin planına uyğun olsun oyun. Oyunun tarixini əvvəldən proqramlaşdırmaq bir qədər çətindi. Ümid edirəm ki, gələcəkdə biz də o səviyyəyə çataq ki, əksər klublar bizimlə qarşılaşmaq istəsin. Lakin reallıq budur ki, indiki məqamda bizim kimi komandalar 1-2 ay əvvəldən rəqiblə razılığa gəlməyə çətinlik çəkir”.
ibrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
05.11.2026
04.11.2026
03.11.2026
























