Ölkə futbolu
Azər Əliyev: “Yeni mövsüm üçün bu, çox yaxşı hazırlıqdır”
“Neftçi”nin futbolçusu Azər Əliyev klubun rəsmi saytına müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, “Matç TV Kuboku” haqda təəssüratlarını bölüşən təcrübəli müdafiəçi yeni mövsümə hazırlığı dəyərləndirib.
- Azər, artıq ilyarımdır “Neftçi”dəsən. Əvvəllər yarımmüdafiənin cinahlarında, həmçinin mərkəzdə də çıxış etmisən. Son vaxtlar tez-tez hücuma qoşulsan belə, əsasən müdafiənin solunda mübarizə aparırsan. Hansı mövqedə özünü daha yaxşı hiss edirsən?
- Əslində, mən müdafiənin solunda ilk dəfə Rusiyada oynamağa başlamışam. Buna görə də bu mövqe mənə yad deyil. Burada özümü rahat hiss edirəm. Bununla belə, müdafiədə olduğu kimi, hücumda da mübarizə apara bilərəm.
- Təlim-məşq toplanışının ikinci mərhələsi “Neftçi”dən əvvəl bütün karyeranı keçirdiyin və yetirməsi olduğun Rusiyada davam edir. Bununla bağlı nə deyə bilərsən?
- Yaxşı hisslər keçirirəm. Gözəl şəhərdə və yaxşı meydançalarda məşq edirik. Üstəlik, “Matç TV Kuboku” beynəlxalq turnirində mübarizə aparırıq. Düşünürəm ki, yeni mövsüm üçün bu, çox yaxşı hazırlıqdır.
- “Matç TV Kuboku”nda iki oyun geridə qalıb. Bu turnr haqqında da fikirlərini bilmək maraqlı olardı.
- Bu turnirdə çox güclü rəqiblərlə qarşılaşırıq. “Zenit” və “Srvena Zvezda” ilə matçlardakı nəticəyə baxmayaraq, fikrimcə, keyfiyyətli oyun göstərdik. Həm də əsas odur ki, yüklənə bildik. Təlim-məşq toplanışında olduğumuzu nəzərə alsaq, hazırda bizim üçün ən vacibi budur. Bu mənada nəticə önəmli deyil. Heyətin formalaşması və taktiki baxımdan da belə oyunlar bizim üçün çox əhəmiyyətlidir. Əminəm ki, “Fenerbahçe” ilə görüşümüz də maraqlı alınacaq.
- Daha sonra Rusiya çempionatında dəfələrlə qarşılaşdığın Moskva “Spartak”ı ilə yoldaşlıq oyunumuz olacaq. Bu matçın sənin üçün xüsusi önəmi varmı?
- Xeyr, bu görüş mənim üçün xüsusi önəm daşımır, amma təbii ki, “Spartak” kimi komandaya qarşı oynamaq xoş olacaq. Həm də qeyd etdiyiniz kimi, mən “qırmızı-ağlar”a qarşı az oynamamışam. Təlim-məşq toplanışı çərçivəsində keyfiyyətli meydançada güclü rəqiblə qarşılaşmaq maraqlı və komandamız üçün çox faydalı olacaq.
- “Neftçi” Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Jelezniçar” – “Dinamo” (Minsk) cütünün qalibi ilə qarşılaşacaq. “Ağ-qaralar”ın bu mövsüm avrokuboklardakı çıxışından nə gözləyirsən?
- Açığı, hələ ki nə “Jelezniçar”, nə də Minsk “Dinamo”su haqqında məlumatım var. Bu komandaların öz aralarındakı oyunlardan sonra yəqin ki, məşqçilər korpusu avrokuboklardakı ilk rəqibimiz haqda bizə ətraflı məlumat verəcək. Amma ümumi olaraq Konfrans Liqasının qrup mərhələsinə düşmək istəyirik və bunun üçün çalışacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
05.11.2026
04.11.2026
03.11.2026
























