9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

“Kəpəz”in legioneri: “Tərlan Əhmədov hər şeyin ən yaxşısına layiqdi”

Son mövsümü “Kəpəz”də keçirən Giorgi Kantariya Tərlan Əhmədovun Gəncə klubundan gedişini şərh edib.

Futbolxeber.az saytına açıqlamasında gürcü yarımmüdafiəçi “Kəpəz” rəhbərliyinin qərarının gözlənilməz və anlaşılmaz olduğunu bildirib:

“Tərlan Əhmədovun “Kəpəz”dən gedişi mənim üçün gözlənilməz oldu. Nə baş verdiyi anlaşılmazdı. Tərlan Əhmədova uğurlar arzu edirəm. O, hər şeyin ən yaxşısına layiqdi. Əhmədov “Kəpəz”in Premyer Liqada qalması üçün çox şey etmişdi”.

Xatırladaq ki, “Kəpəz” rəhbərliyi baş məşqçi vəzifəsində Tərlan Əhmədovu Azər Məmmədovla əvəzləyib.

Əlavə edək ki, Giorgi Kantariya özü də saytımıza açıqlamasında “Kəpəz”dən ayrıldığını bildirib.  

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31