Ölkə futbolu
Laurentsiu Regekampf: “Nəticəyə görə utanıram”
“Danışılası nəsə yoxdur. Həm öz, həm də oyunçuların adından azarkeşlərdən üzr istəyirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 33-cü turunda “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Rumın mütəxəssis bildirib ki, kubokda finala yüksəldikdən sonra komandası çempionata köklənməkdə problem yaşayır: “Kubokda finala yüksəldikdən sonra komandada konsentrasiya ilə bağlı problem var. Bu, "Qarabağ"la oyundan başlamışdı. Qarşıda üç oyunumuz var. Davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu komandaya yenidən qaytarmalıyıq”.
O, rəqibdən bu cür oyun gözləmədiyini vurğulayıb: "Turan Tovuz"dan bu cür oyun gözləyirdim. Çünki kubokun yarımfinalında son 10 dəqiqədə oyunu əldən verdilər və biz finala çıxdıq. Həftəboyu oyunçularıma çatdırmaq istəyirdim ki, Tovuzda bizi asan oyun gözləmir. Mübarizə aparmaq lazımdır. Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik”.
“Neftçi”nin çalışdırıcısını “Turan Tovuz”un bu mövsüm ilk dəfə 4 qol vurmasına da toxunub: “Bizim səviyyədə olan komandada belə şey baş verməməldir. Çox asanlıqla qollar buraxdıq. Çox şeyi müzakirə edə bilərik. Ən vacib amil odur ki, bu forma meydana daxil olursansa, davranışın fərqli olmalıdır, belə asanlıqla qollar buraxmalı deyilik”.
Regekampf nəticəyə görə utandığını qeyd edib: “Bəli, nəticəyə görə utanıram. Mən də komandanın üzvüyəm və hamımız üçün utancverici məğlubiyyətdir. Düşünmürəm ki, mən, rəhbərlik və futbolçular fərqliyik, hamımız bir komanda üçün mübarizə aparırıq. "Neftçi" kubokda finala çıxanda, deməmişəm ki, mən etdim, həmişə biz deyirəm. Vicdanlı olmalıyıq. Qarşıda üç həftə əzmkar çalışmaq üçün vaxtımız var. Bu gün bütün tənqidləri qəbul etməli və günhamızı yumalıyıq. Üçüncü yerdəyik və futbolçular bilir ki, möveyimiz dəyişməyəcək. Ona görə də bayaq dediyim kimi, bu formanı geyinəndə başqa cür davranmalı, başqa cür düşünməlisən”.
Mütəxəssis tənqidləri tənqidləri qəbul etdiyini söyləyib: “Bilirəm ki, haqqımda tənqidlər yazacaqsız, bunu qəbul edirəm. Amma oyunçularımı da qorumalıyam. Çünki mövsümün sonunda final oynayacağıq. Hər birinə meydanda döyüşüb, kuboku qazanmaları üçün ehtiyacım olacaq. Bugünkü məğlubiyyəti təsadüf kimi qəbul edəcəm. Fanatlardan nəticəyə görə üzr istəyirəm. Əgər məni "vurmaq" istəyirsizsə, buyurun”.
Rumıniyalı məşqçi final fitindən sonra futbolçuları meydanın mərkəzinə yığmasına belə aydınlıq gətirib: “Oyundan qabaq da onlara demişdim ki, nələri etməsək, başımıza hansı hadisələr gələ bilər. Onlar da oldu. Fərid Yusifliyə ona görə əsəbiləşdim ki, lazımsız yerə sarı vərəqə aldı və cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Voyislav Stankoviç bir oyunu da buraxacaq, hər iki Azər zədəlidir. Ataa Caberin keçmiş formasını qaytarmalıyıq, Eddi İsrafilova daha çox oynamaq imkanı verməliyik. Oyunçularımla danışdım və dedim ki, ayılmalıyıq. Daha ciddi olmalıyıq, hələ tətilə çıxmamışıq. Bu, bizim, klubun adıdır. İmkan verə bilmərik ki, adımız belə ləkələnsin”.
O, kuboku qazanmağın “Neftçi” üçün çox vacib olduğunu qeyd edib: “Titul qazanmaq çox vacibdir. Oyunçuların səviyyəsini saxlamalıyam ki, onlar kuboku udmalı olduqlarını unutmasınlar. Çempion ola bilmədik, çox xallar itirdik. Qarşıdakı mövsüm üçün çox güclü olmalıyıq. Titulu qazanmaq şansımız varsa, niyə etməyək? Bizim üçün hazırda ən vacibi kuboku qazanmaqdır. Çünki artıq komanda Konfrans Liqasına vəsiqə qazanıb”.
Sonda mütəxəssis Tovuz stadionunun qazonunun süni olmasına da toxunub: “Burada məşq etmək istəmirdik. Onsuz da, oyunçularla bağlı kifayət qədər problem var. İstəmirəm ki, bu söhbət nəyinsə üstünü örtmüş kimi görünsün. Deməsinlər ki, hər dəfə oyundan sonra meydança amilini qabardırlar. Amma reallıq budur ki, üst pillələrdə olan komandalar üçün bu cür meydanda çıxış etmək çətindir. Oyunçular 100 faizini meydanda qoya bilmir. "Turan Tovuz" futbolçuları heç bir epizodda çəkinmirdi, döyüşürdü. Onlar ən yaxşısını etməyə çalışırdı. Rəqibi təbrik edirəm. Amma bizim kimi komandalar üçün bu cür meydanda oynamaq çətinlik yaradır. Lakin bu, hesabın üzrxahlığı deyil”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
05.11.2026
04.11.2026
03.11.2026
























