6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Şamaxı" Premyer Liqada qalmağa layiqdir”

"Ötən dövrənin yüksəlişdə olan komandasına qarşı oynayırdıq. Onların həm yerli, həm də əcnəbi oyunçuları yüksək keyfiyyətə malikdilər. "Kəpəz"in sürətli, texnikalı oyunçularına qarşı layiqincə mübarizə apardıq. Təəssüf ki, qalib gələ bilmədik. Amma qələbəyə yaxın idik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 31-ci turunda evdə "Kəpəz"lə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, futbolçularına təşəkkür edib: "Gənc və istedadlı futbolçularımızın Premyer Liqada qalması üçün sona qədər mübarizə aparacağıq. Matçlara gələn azarkeşlərə də minnətdaram. Amma ümid edirəm ki, onların sayı daha çox olacaq və biz öz meydanımızda dəstəksiz qalmayacağıq. Çünki komandamız Premyer Liqada qalmağa layiqdir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31