Ölkə futbolu
Tərlan Əhmədov: “Tərcüməçimiz belə yoxdur, futbolçularla 3 dildə danışıram”
“Maraqlı oyun izlədik. Çalışdıq ki, 3 xal qazanaq və turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıraq. Oyun ərzində qol epizodları həddindən artıq çox yaratdıq. Lakin istifadə edə bilmədik. Qalib gələ bilərdik. Düşünürəm ki, bugünkü oyunda 2 xal itirdik. Çünki komandamız meydanın hər qarışı uğrunda nizam-intizamlı mübarizə aparırdı. Təəssüf ki, futbolda belə hallar olur. Yaxşı oynadığın matçda 2 xal itirirsən”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Zirə” ilə heç-heçə (1:1) etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandasının qapısına haqsız penalti təyin edildiyini bildirib: “Oyundan dərhal sonra həmin epizoda bir neçə dəfə baxdıq. Orda penaltidən söhbət getmir. Təəssüf ki, artıq neçənci dəfədir haqqımız yeyilir. Sarı vərəqə sayında bəlkə liderik. Hər epizoda görə futbolçularımıza sarı vərəqə göstərilir. Hətta bir epizodda “Zirə”nin futbolçusuna sarı vərəqə göstəriləndə laysman deyir ki, “Kəpəz”in futbolçusuna da sarı vərəqə göstər”. Artıq yorulmuşuq. Heç nəyi olmayan bir komanda ilə nəyəsə nail olmaq istəyirik. Lakin təəssüf ki, bu cür hallar bizə pis təsir edir. Bu dediklərim şikayət deyil. Komanda bu gün əla futbol oynadı. Şəraitimizin olmadığı bir halda komanda bu cür oyun göstərirsə, 21 xal toplayırsa, bu futbolçulara təşəkkür düşür”.
Tərlan Əhmədov gəncəli futbolçulara şans verməməsi bardə sualı belə cavablandırıb: “Mahir Həsənovu ötən tur meydançada görmədiz? Hansısa futbolçu hazır olsa, mən onu dərhal meydana buraxaram. Amma mən 6 aya milli üçün futbolçu hazırlaya bilmərəm. Bu gün Mahir Həsənov, Tural Rzayev çalışırlar. Lakin tam hazır, mən istədiyim səviyyədə deyillər. Kim güclüdürsə, o da meydana çıxır. Mən də istəyirəm ki, Mahir Həsənov, Arzu Atakişiyev meydana çıxsın, gəncəlilər heyətdə yer alsın. Bəzən 15 deyil, hətta 10 yaşlı futbolçuların belə çıxışını izləyirəm ki, bəlkə hansısa istedadlı uşaq diqqətimizi çəkdi. Bundan sizin xəbəriniz yoxdur. Çünki mən belə şeylərlə özümü reklam etmirəm. Mənə mətbuatın haqqımda xoş sözləri yazmağı yox, Gəncə futbolunun inkişafı lazımdır. Eşitdiyimə görə, Mahir Həsənov U-21-ə dəvət almalıdır. Bu dəvət gələcəksə, deməli, az da olsa nəsə edə bilirik”.
Tərlan Əhmədov “Kəpəz”i Premyer Liqada saxladıqdan sonra komandadan gedişi barədə sualın cavabında “Özünüz hər şeyi görəcəksiz, siz ki məni yaxşı tanıyırsız” deyib.
O, Gəncə stadionunun qazonunun pis vəziyyətdə olmasından da söz açıb: “Elə məsələlər var ki, o haqda danışmaq mənə xoş deyil... Daha əvvəl də demişəm, biz burda məşq etmirik. Yalnız oyundan bir gün öncə bu qazonda hazırlıq keçirik. Qalan vaxtlarda qazonun üstü örtülür. Bu isə yolverilməzdir. Mən deyirəm ki, qazonun üstü bağlanmamalıdır, amma görürəm dediyim düzgün qarşılanmır. Çünki ot hava qəbul eləməlidir. Qəbələdə, Bakıda məgər qazonun üstü örtülür? Amma Gəncədə qazonun üstü örtülür, torpaq da hava, günəş enerjisi almadığı üçün qazon gündən günə pis vəziyyətə düşür. Ona görə də qazonun durumu ürəkaçan deyil. Biz həftə boyu süni qazonda məşq edirik. Bəzən elə olur ki, məşqdən imtina edirəm. Çünki köməkçi meydançada akademiyanın məşqləri olur. O gün əvəzedici heyətin oyunu var idi. Bizə paltardəyişmə otağı saat 17:30-da təhvil verildi. Məcbur olub 2 saat nəzərdə tutduğum məşqi 45 dəqiqəyə yekunlaşdırdım. O qədər belə problem var ki... Qazonun bu durumda olmasının da günahkarı klub deyil. Kim nəzarət edirsə, onlardır”.
“Kəpəz”dən gedəcəyi halda, komandadakı gənclərin taleyinin necə olacağı barədə Əhmədov deyib: “Bu sualı başqalarına versəz, daha yaxşı olar. Bəlkə də problemlərdən çox danışıram... Amma mənim komandamın tərcüməçisi belə yoxdur. Mən bu baxımdan da əziyyət çəkirəm. Futbolçularla məcburiyyətdən 3 dildə danışıram. Bəzən adicə məşqdən sonra isti suyumuz olmur. İnanın ki, sadaladıqlarım hələ problemlərin hamısı deyil. Biz klub olaraq bu problemi yaşasaq da, çalışırıq ki, “Kəpəz”i Premyer Liqada saxlayaq. “Neftçi”dən sonra ölkənin ən köklü klubu bu vəziyyətdə olmamalıdır. Avtobusu, yeməyi, təcrüməçisi, futbolçuları vitamin qəbul etməyən komandanın Premyer Liqada qalacağını əminliklə necə deyə bilərəm? Mən bunun üçün əlimdən gələni edirəm. Amma görünür ki, işimiz çox çətindir. Heç kim komandaya yaxın durmur... Onsuz da harda nəticə versəm də, bu, qəbul olunmur. Mən də normal, söz-söhbətsiz, hər şeyi olan komandada işləmək istəyirəm”.
Mütəxəssis açıqlamalarının “Kəpəz” və ya AFFA rəhbərliyini qıcıqlandırmamalı olduğunu düşünür: “Biz futbolumuzu oynayırıq, istəyirik ki, komandaya dəstək olsun, şərait yaradılsın. Mətbuat konfransında da danışmayım, bəs harda danışım? Sinəmə plakat vurum? Mən necə dəstək istəməyim? Bu dediklərim şikayət deyil. Sadəcə deyirəm ki, heç nəyi olmayan komandanı Premyer Liqada saxlamağa çalışırıq. Bunun üçün isə bizə dəstək lazımdır. Hamıya dəstək var, tək “Kəpəz”dən başqa. Sponsor olsam, qəlbimdə futbol, Gəncə sevgisi varsa, bəli, komandaya pul xərcləyərəm. Söz-söhbətlər də şəraitsizlikdə yaranır. Düşünürəm ki, sponsor olsa, normal şərait qurulsa, hər kəs öz işi ilə məşğul olsa, bu qədər sözsöhbət də olmaz”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























