Ölkə futbolu
Regekampf: “Mütləq oyanmalıyıq”
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının XXX turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında rumın mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb: “Oyuna çox pis başladıq. Topa sahib bilmirdik, sürətli oynamırdıq. Futbolçulara matçdan öncə bildirmişdik ki, rəqib pressinq tətbiq edəcək. Bunun öhdəsindən gəlmək üçün gözəl və sürətli ötürmələrlə ilk xətti yarmalıydıq. Ancaq bəxtimiz gətirmədi. Qapımızda ilk qolu heç nədən görmədik. Bu barədə çox da danışmaq istəmirəm. Futbolda belə hallar olur. İkinci qola gəldikdə isə, hakim elə görübsə, penalti idi. Amma bu da olmamalı idi”.
“Neftçi”nin çalışdırıcısı komandasının qapısına penalti təyin olunduğu epizodda hər şeyin Ömər Buludovun səhvindən sonra başladığını bildirib: “İlk yarıda bir epizodda top Ömər Buludovun başına gəlir, o, həmin epizodda tək idi, təzyiq yox idi və topu saxlaya bilərdi. Lakin dərhal qərar verdi ki, ilk toxunuşla oynasın. Halbuki bu cür məqamda topu ortaya yox, cinaha göndərmək lazımdı. Bu epizodun sonunda da qapımıza penalti təyin edildi”.
Laurentsiu Regekampf fasilədə 3 futbolçunu dəyişməsinin səbəbini belə izah edib: “0:2 hesabı ilə geri düşdükdən sonra çalışdıq ki, geridönüş edək. Qol vurmaq üçün şanslarımız da var idi. Amma o cür qollardan sonra nəticəni dəyişmək heç də asan deyildi. Buna görə də fasilədə 3 dəyişiklik etmək qərarına gəldim. Bu gün bəzi gənc futbolçuları meydanda daha çox saxlamaq istəyirdim. Amma gedişata reaksiya verməliydik. Düşünürəm ki, etdiyimiz dəyişikliklər özünü doğrultdu. Hesab arasındakı fərqi azaltdıq. İkinci qol üçün də şanslarımız var idi. Lakin onlardan yararlana bilmədik. Matç heç-heçə bitsəydi, bu, bizi sevindirərdi. Çünki görüşə çox pis başlamışdıq. Rəqib böyük hədiyyə etmiş olduq”.
O, qarşıdakı kubokun yarımfinal matçında da söz açıb: “Qarşıda bizi çox vacib oyun gözləyir. Kubokun yarımfinal matçı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, futbolçuların hamısı həmin görüşə tam hazır olacaqlar. Oyunçularım “Turan Tovuz”la matçda başqa üz göstərəcəklər. Bizim üçün çətin qarşılaşma olacaq. Süni öt örtüyü, azarkeş amili və s. məqamlar var. Tovuzda yaxşı atmosfer olacaq. Bizim kifayət qədər təcrübəli futbolçularımız var. Bu səbəbdən də hazırkı məqamda pozitiv düşünməli və irəliyə baxmalıyıq”.
“Neftçi”nin çalışdırıcısı “Qəbələ”dən alınan məğlubiyyəti daha çox kuboku düşünmələri ilə əlaqələndirməyib: “Xeyr, belə deyil. Bu gün hamımız “Qəbələ” ilə oyuna köklənmişdik. Biz hər dəfə yalnız növbəti matçı düşünürük. Bu gün qalib gəlmək bizim üçün vacib idi. Bir tərəfdən qələbə seriyasını davam etdirmək istəyirdik, digər tərəfdən də hər qələbə komandanın özünə olan inamını daha da artırır. Atmosfer də daha yaxşı olur. Odur ki, bugünkü yenilgini fikrimizin kubokda olması ilə əlaqələndirmirəm”.
Rumın məşqçi gənclərin çıxışına da toxunub: “Bu gün ən yaxşı 11-liyi meydana buraxmışdım. Azər Əliyev matçda əvvəl zədələndi. İsmayıl Zülfüqarlı və Ömər Buludov son qarşılaşmada özlərini yaxşı tərəfdən göstərmişdilər. Ona görə də bu gün meydana çıxmağa layiq idilər. Eləcə də Fərid Yusifli son görüşdə çox yaxşı təsir bağışlamışdı. Bu gün də onlardan narazı qalmadım. Onlar gəncdilər, öyrənməlidilər, oynamalılar. Bilirik ki, müəyyən səhvlər edə bilərlər. Əgər oynamasalar, necə inkişaf edə bilərlər?”
Mütəxəssis komandasının bu yenilgidən sonra ayılmalı olduğunu deyib: “Komandamda keyfiyyət olduğunu hesab edirəm. Bu məğlubiyyət bizim üçün “soyuq duş” oldu. Mütləq oyanmalıyıq. Çünki bizi qarşıda çox çətin kubok oyunu gözləyir. Amma mən komandama, futbolçularıma inanıram. Sırf bugünkü yenilgiyə gəldikdə, bizim üçün uğursuz gün oldu. Lakin futbolda belə hallar olur. Oyunu analiz etsək, çox şey görə bilərik. Amma bir neçə gündən sonra bizi vacib oyun gözləyir. Aprel ayı bizim üçün çox vacibdi. İnanıram ki, növbəti matçda daha yaxşı təsir bağışlayacağıq”.
“Neftçi”nin kubokun əsas favoriti kimi göstərilməsi komandanızın üzərində təzyiq yaradırmı” sualını Regekampf belə cavablandırıb: “Təzyiq olması normaldı. Biz finalda oynamaq və kuboku qazanmaq istəyiriksə, təzyiq olmalıdı. Hansı komanda ilə qarşılaşmağın elə də önəmi yoxdur. Biz bu cür hallara öyrəşmişik. Bilirik ki, azarkeşlərimiz bizdən hər zaman yaxşı oyun və qələbələr gözləyirlər. Buna görə də əlimizdən gələnin ən yaxşısını etməliyik. İndiki məqamda finalı yox, hər oyundan sonra növbəti matçı düşünməliyik”.
Sonda baş məşqçi Höccət Haqverdinin “Qəbələ” ilə oyunda start heyətindən kənarda qalmasına da aydınlıq gətirib: “Son oyunda Höccət özünü yaxşı tərəfdən göstərməmişdi. Onunla bu haqda danışmışam, fikrimi bildirmişəm. Höccət peşəkar futbolçudu, vəziyyəti ona izah etdim. Demişəm ki, hər an hazır olmalıdı. O, mənim üçün çox vacib futbolçudur. Eyni zamanda, onda da elə period ola bilər ki, yaxşı formada olmasın. Düşünürəm ki, ötən turdakı matçdan sonra bu gün Ömər və İsmayıl əsas heyətdə oynamağa layiq idi. Bu, mənim qərarımdı və bunu heç kim şər edə bilməz”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























