Ölkə futbolu
Samir Abasov: "Oyun göstərdi ki, biz elə axırıncı pillədə olmağa layiqik"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə "Kəpəz"ə 1:2 hesabı uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, o, yenilgidə qapılarında gördükləri erkən qolun böyük rol oynadığını bildirib:
“Birinci dəqiqələrdən görünürdü ki, oyunumuz getmir, alınmır. Startda qol buraxırsansa, nəticə də bu cür olacaq. Düzdür, çox yaxşı oyunlarımız olmayıb. Nə məndən əvvəl, nə də mənim dövrümdə. Bəlkə də, bu, ən bərbad oyunumuz idi. Bu cür oyunla heç nəyə ümid etmək də olmaz. Layiqli şəkildə uduzduq. Bu gedişlə davam etsək, Premyer Liqadan düşsək, demək ki, layiqli şəkildə alınacaq. Əsəbdən dediyim sözlər deyil. Sadəcə bunları vurğulamaq lazımdır”.
O, futbolçuların oyundan öncə veriləntapşırıqlarıyerinə yetirmədiklərini bildirib: “Futbolçularla oyundan qabaq danışdıqlarımız hara, oynadığımız hara. "Kəpəz"in necə qol vura biləcəyi barədə danışmışdıq. Amma rəqib elə o mövqelərdən qol vurdu, bəzi oyunçularımızın qarşısından. Bu gün meydanda baş verən proseslərə görə, haqlı olaraq uduzmalı idik. Axırıncı iki-üç dəqiqəni heç hesaba almıram. Həmin asmaları onsuzda bütün komandalar edir. Bu, oyun üçün göstərici deyil. Qarşılaşmanın əvvəlindən öz ağırlığını qoya bilmirsənsə, uduzmağa məhkumsan”.
Abasov ustalıq səviyyəsinə də diqqət çəkib: “Oyun başladı və futbolçular bir-birinə ötürmələr edirdi. Amma orada artıq ustalıq səviyyəsi özünü göstərməlidir. Bugünkü gündə bizim futbolçular ötürmə verməklə, oyunun udulacağını düşünürsən, belə deyil. Bugünkü oyun da, buna sübut idi. Ustalıq səviyyəsi yoxdur, yaxşı, bunu başa düşdük. Heç olmasa, ürəyini meydanda qoymalısan, hər mübarizədə birinci olmalı, birinci və ikinci topları götürməlisən. Bunlar da yoxdursa...Bizim kimi komandalar üçün ustalıq səviyyəsindən danışmaq yersizdir. Amma dediyim ruhla da oynamayanda, nəticə bəlli olur”.
“Buraxılan hər iki qolda Aydın Bayramovun səhvi var idi. Bu, nədən irəli gəlir, rəqabətsizlikdən, yoxsa qapıçı məşqçisinin zəif işləməsindən?” sualını “Sumqayıt”ın çalışdırıcısı belə cavablandırıb: “Yox, qapıçılar üzrə məşqçinin bura nə dəxli? Komandanın baş məşqçisi var. Bəli, rəqabətsizlik ola bilər. Bir mətbuat konfransında demirəm, ikinci mətbuat konfransında demirəm, amma hər oyunda qapıda belə səhvlər var. O, oturub karyerasını düşünməlidir. İkinci qolda böyük səhvi oldu. Bu gün meydanda olan heç bir oyunçunu xüsusi dəyərləndirmək mümkün deyil. Bu oyunçu bir az yaxşı oynadı, demək olmur. O səhvlər olmasaydı, ən azından heç-heçə etmək imkanımız yarana bilərdi. Səhvlər sıralandıqca da, bu cür əziyyətlər çəkirik. Amma bunun da sonu olacaq”.
O, növbəti oyunlarda İlnur Vəliyevin qapıda yer alma ehtimalına da toxunub: “Bunu indidən deyə bilmərəm. Çox çətindir. Biz dərhal analiz edib, nəsə deyirik. Sual verdiniz, bəli, səhvi vurğuladıq ki, doğrudur. Aydının səhvləri var idi. Ancaq növbəti matça hazırlaşanda ümumi ab-havanı görürsən, vəziyyəti dəyərləndirirsən. Bunlar həftəiçi gedən proseslərdir. Bu gün mən də çox hirslənmişəm, qapıçıma da həmçinin. Bütün komandalarda arzuolunan nədir? Hər mövqedə eyni gücdə futbolçular olsun. Bizim klublarda bu cür problemlər var. Bizdə də, bu, qapıdadır. Amma bizim də güvənmək borcumuzdur. Nə vaxta kimi çəkəcək, bilmirəm. Aydının da tez bir zamanda düzəlməyini, özünə gəlməyini arzulayıram”.
Təcrübəli mütəxəssis yenilgidən sonra ab-havanın yaxşı olmadığını qeyd edib: “Bu dəqiqəyə olanı soruşursunuzsa, hazırda paltardəyişmə otağında ab-hava heç də yaxşı deyil. Uduzmuşuq. Bugünkü oyun göstərdi ki, biz elə ən axırıncı pillədə olmağa layiqik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























