Ölkə futbolu
Tərlan Əhmədov: "Çox vaxt baxışa futbolçu çağırmıram"
"Bu gün hər şey qaydasındadır. Artıq zədəlilərimiz də qayıdıb, yeni futbolçular da komandaya cəlb olunurlar. Hücumçu da artıq bizə qoşulub. Hər halda növbəti yoxlama matçında onu meydanda görəcəyik. Artıq müqavilənin şərtlərində razılaşmışıq. Ümumilikdə hər şey normaldır, hazırlığımız gedir. Antalyaya gəlməzdən əvvəl necə plan qurmuşduqsa, işimiz elə o plan üzrə davam edir".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov deyib. O, Türkiyədəki təlim-məşq toplanışları barədə danışıb. Antalyadakı ilk yoxlama matçında Macarıstanın 2-ci liqa təmsilçisi "MTK Budapeşt"ə qalib gələn (1:0) komandanın çalışdırıcısı hər şeyin öz axarında getdiyini bildirib:
"Artıq ilk yoxlama matçımızı keçirdik. Qarşıda 2 yoxlama oyunu qalıb. 1 həftəlik yükləmədən sonra bəzi nüanslar var ki, bugünkü oyunda məni sevindirdi. Amma bəzi şeylər də var ki, hələ də mənim üçün həyəcan təbili çalır. Lakin ümumilikdə işimiz normal, öz qaydasında gedir".
T.Əhmədov qeyd edib ki, mövsümün ilk hissəsində buraxdıqları səhvləri təkrarlamamaq üçün çox çalışırlar: "Mövsüm ərzində buraxdığımız qollar var idi. Qalib gəldiyimiz oyunlar olurdu ki, son dəqiqələrdə konsentrasiyanı, topa nəzarəti itirirdik. Biz artıq burada belə şeylərin üzərində çox çalışırıq. Nəzəri məşqlərdə də bunun üçün işləyirik. Bilirsiniz ki, 2 yerli futbolçu transfer etmişik: Abdulla Rzayev və İdris İnqilablı. Yeni gələn Junior da braziliyalı yaxşı hücumçudur. Onların komandaya uyğunlaşması məsələləri var idi. Biz çalışırdıq ki, ümumiyyətlə, komanda komplektləşsin. Çempionatda xallarımız bəlkə də 20-dən çox olmalı idi. Buraxdığımız səhvlərə görə olmadı. Biz də bunun üzərində işləyirik ki, çempionatın 2-ci hissəsində həmin səhvlər baş verməsin".
Mütəxəssis yeni transferləri barədə də danışıb. O, yeni futbolçuların komandaya tədricən uyğunlaşmağa başladığını deyib: "Mən çox vaxt baxışa futbolçu çağırmıram. Çünki bu, həm zaman itkisidir, həm də futbolçu bəzən peşəkar cəhətdən deyir ki, oyunda zədə ala bilərəm. Ona görə də biz futbolçunu uzun müddət seçirik, son oyunlrına baxırıq. Ona görə də bizdə baxışda futbolçu yoxdur. Gələnlərin hamısı da müqavilə şərtləri ilə gələn oyunçulardır. Abdulla Rzayev U-21 millimizin əsas üzvüdür. İdris İnqilablı da artıq peşəkar futbolda bir balaca öz sözünü demiş futbolçudur. Junior braziliyalıdır. Hər halda bizə uyğundur. Uzun müddət izləmişik. Məndən əvvəl o, yayda bu komandada baxışda olub. Sadəcə hansısa problem yaranıb, gedib. Bu gün isə gəlib. O, bizi qane edir. Digər yeni transfer Salif Sissedir. Seneqal əsilli fransa vətəndaşıdır. Salifdən başqa bütün yeni futbolçuların komandaya uyğunlaşması normal gedir. Salif 2 gündür ki. gəlib. Onun üçün uyğunlaşma prosesi hələ bir az çətindir".
T.Əhmədov vurğulayıb ki, "Kəpəz"in daim hücum futbolu oynamasını istəyir: "Artıq hamı mənim iş fəlsəfəmi bilir. Ümumiyyətlə, müdafiədə futbol oynamağı sevmirəm. Həmişə çalışmışam ki, komanda hücum futbolu oynasın, hətta qol vurmasa belə, məğlub olmağı bacarsın. Çünki bu halda futbolçu, məşqçi inkişaf edər. Bizim qarşımıza məqsəd kimi Premyer Liqada qalmaq qoyulub. Mən isə çalışıram ki, komanda yüksək nəticə əldə etsin, 5-ci, 6-cı yerlər uğrunda mübarizə aparsın. Bu yöndə də işimiz ancaq hücum, yaradıcılıq futbolu, mübarizə olmalıdır. Komanda meydana çıxanda ətrafdan baxan ictimaiyyət bilməlidir ki, bu komandada oyun nizam-intizamı, oyun sistemi var. Mən də çalışıram ki, bu gün "Kəpəz"də bu sistem formalaşsın ki, komandanın gələcəyi olsun, yəni, komanda uzun müddət o yol üzrə getsin. Birinci dövrədə bəzən komanda sönük olub, 7 tur məğlubiyyət olub. Mən də çalışıram ki, bunları unutdurub gözəl oyunla qalibiyyətlər əldə edən, qələbə ruhu olan bir komanda formalaşdırım. Bunun üzərində də çalışıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
05.11.2026
04.11.2026
03.11.2026
























