Ölkə futbolu
Yazmadığım statuslar və ya yuxuma girən Mahmud Qurbanov
Deyilənə görə, oyandıqdan sonra ilk 5 dəqiqədə gördüyümüz yuxunun 50 faizini, 10 dəqiqə tamamında isə 90 faizini unuduruq. Dünən gecə gördüyüm yuxunun neçə faizini xatırladığımı bilməsəm də, məğzi yadımdadır: Mahmud Qurbanovla “Səbail”in hazırkı durumu barədə müzakirə aparırdıq. Qurbanova bildirdim ki, “Mahmud bəy, sizə bir nəfər qeyri-rəsmi köməkçi lazımdı. Bilirəm, “Səbail” rəsmiləri arasında peşəkar kadrlar çoxdur, eləcə də Zaur Ramazanov kimi köməkçiniz var. Amma bəzi futbolçuların ipini yığacaq, yeri gələndə yumruğunu stola çırpacaq bir nəfərə ehtiyac var. Çünki belə görünür ki, bəzi futbolçuların qulaqburmasına ehtiyac var...”
Yuxu ilə bağlı onu da deyirlər ki, adətən düşündüyün mövzu, fikirləşdiyin hansısa məsələ yuxuna girir. Amma dünənki yuxumun səbəbi, məncə, noyabrın 12-də feysbukda yazmadığım statuslardı. Həmin gün “Zirə” - “Səbail” oyunundan öncə status yazacaqdım ki, “mənə görə bu oyun cari mövsümün ən bəxtsiz iki baş məşqçisinin qarşıdurmasıdır”. Amma nə həmin statusu, nə də oyundan sonra Qurbanova istefa ilə bağlı ünvanlanan suala görə beynimdəkiləri telefondakı problemə görə yaza bilmədim...
Mənə görə, indiki məqamda Mahmud Qurbanovun işinə qiymət vermək üçün çox tezdir. Bəli, geridə qalan 14 tur ərzində “Səbail”in nəticələri ürəkaçan deyil. Komanda cəmi 2 qələbə qazanıb. Amma “Səbail”in bugünkü problemi məşqçidədirmi? Təbii ki, xeyr. Mahmud Qurbanov son illər “Neftçi”nin ikinci komandasındakı işi ilə nəticə qazanmaq bacarığını sübut edib. Hətta əsas komandanın hər uğursuzluğunda “Mahmud Qurbanov “Neftçi”nin baş məşqçisi təyin olunsun” fikri səslənirdi. İndi nə oldu bəs? Axı hər birimiz tez-tez “yerli məşqçilərə şans vermək, dəstək olmaq lazımdır” deyirik. Nə dəyişib ki? Mahmud Qurbanovun “Səbail”də fəaliyyətə başlamasından təxminən 5 aydan bir qədər artıq vaxt keçib. Komanda formalaşdırmaq üçün isə bəzən 5 ay yox, 5 il belə lazım olur. Qurban Qurbanov nümunəsi ortadadır. Çətin vaxtlarda klub rəhbərliyi baş məşqçisinə şans verdi, ona inandı, sonadək dəstəklədi və “Qarabağ”ın çalışdırıcısı da işi, qazandığı nəticələri ilə bu etimadın, inamın, dəstəyin qarşılığını artıqlaması ilə verdi. Təsadüfi deyil ki, bu gün “Neftçi”nin “Qarabağ”dan geri qalmasının əsas səbəbi kimi istər mütəxəssislər, istər azarkeşlər məhz paytaxt klubunun tez-tez məşqçi dəyişməsini göstərirlər...
“Səbail” son illər autsayder olub, son 2 mövsümdə Premyer Liqanı sonuncu pillədə başa vurub. Cari mövsüm öncəsi komandanın heyətində köklü dəyişikliklər olsa da, məğlub psixologiyasını beyinlərdən çıxarmaq bir həftənin, bir ayın işi deyil. Üstəlik, yayda komanda ətrafında xeyli söz-söhbət yaranmışdı: “Səbail”in büdcəsi də, iddiası da artır. Çoxları komandanın daha iddialı olacağını proqnozlaşdırırdılar. Lakin bəxt amilini də unutmaq olmaz. Bəlkə də mövsümün əvvəlində, məsələn, II turda üstün olduğu “Turan Tovuz”la oyunda, yaxud növbəti tur “Şamaxı” səfərində bəxt rəqibin deyil, “Səbail”in tərəfində olsaydı, indi vəziyyət fərqli olardı, bəlkə də bu gün “Səbail” 7-ci pillədə yox, ilk “beşlik”də qərarlaşardı.
Məşqçini, ümumiyyətlə hansısa insanı silmək asandı. Qazandırmaq isə hər oğulun işi deyil. “Sabah”la oyundan sonra mətbuat konfransında “Səbail”in çalışdırıcısına “Sizin necə futbolçu olmağınız hamıya məlumdu. İndi komandanızın bu cür futbol sərgiləməsi sizə necə təsir edir” sualı ünvanlanmışdı. Qurbanov suala cavabında bildirmişdi ki, “Komandamızın belə oyunu tək mənə yox, hamımıza pis təsir edir. Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm. Nəsə düzəltmək istəyirik. Lakin yaxşı komanda qurmaq tez əmələ gəlmir. Bəhanə gətirmək istəmirəm, amma vaxt lazımdı və istədiyimiz futbolçuları heyətə qatmalıyıq”.
Həqiqətən də, Mahmud Qurbanov iddiasını futbolçu kimi qazandığı çempionluq sayı ilə sübut edib. “Professor” ləqəbini isə ona Azərbaycanda yox, SSRİ-nin ən güclü futbol məktəblərindən biri olan Ukraynada veriblər. Ukrayna belə dəyər verilən Mahmud Qurbanova vətəndə şans tanımaq olmaz? Meydanı görmək qabiliyyətinə görə “Professor” adını alan Qurbanov ən qısa zamanda futbolçuları görmək qabiliyyətini də ortaya qoyacaq. Təkcə futbolçu kimi deyil, məşqçi kimi də professor olduğunu isbatlayacaq. Bunun üçün sadəcə səbrli olmaq lazımdı - zaman, zaman, yenə də zaman...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
21:06
Qurban Qurbanov: “Bunu düşünməyərək oyuna hazırlaşmışdıq”
-
20:42
Millimiz Avstraliyaya uduzdu
-
19:53
"Qarabağ" bir xalla kifayətləndi
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
25.10.2026
24.10.2026
23.10.2026
























