6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

AFFA 5 klubu cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, 10.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” - “Neftçi” oyununda “Neftçi” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunu.

10.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VI turunun “Səbail” - “Zirə” oyununda matçın 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” klubunun azarkeşlər tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün “Səbail” klubu 4000 manat cərimə olunub.

Birinci hissədə AFFA nümayəndəsinə şəraət yaradılmadığı üçün “Səbail” futbol klubu 800 manat cərimə olunub. 

90 dəqiqə ərzində “Zirə” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

11.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” - “Sabah” oyununda matçın 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun  azarkeşləri kənar şəxs kimi meydana daxil olmasına görə “Qarabağ” klubu 1600 manat cərimə olunub. 

11.09.2022-ci il tarixində Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” - “Sabah” oyununda “Sabah” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30