4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

“Qəbələ”nin futbolçusu üçün yubiley qolu

“Qəbələ”nin futbolçusu İsnik Alimi Premyer Liqada 10-cu qolunu vurub. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Şimali makedoniyalı yarımmüdafiəçinin yubiley topu Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. 28 yaşlı legioner “Zirə” ilə səfər matçında (1:2) penalti zərbəsi ilə hesabı açıb.

Bu, İsnikin cari mövsümdə 5-ci oyunda ikinci qolu olub. O, ötən çempionatın 27 qarşılaşmasında 8 dəfə fərqlənib. Ümumilikdə isə balkanlı yarımmüdafiəçi 10-cu qolunu 32-ci matçında vurub. Penalti zərbələrini dəqiq yerinə yetirməsi ilə seçilən Alimi 6 dəfə 11 metrlik nöqtədən fərqlənib.

O, “Qəbələ”nin heyətində Premyer Liqada 10 və daha çox qol vuran 18-ci futbolçudur. İsnik buna nail olan 12-ci legionerdir. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31