4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

"Qarabağ"ın müdafiə xətində problemlərin olduğunu gördük"

"Ferentsvaroş"un (Macarıstan) futbolçusu Endre Botka Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la Bakıda heç-heçə etdikləri ilk matç (1:1) haqqında danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, macar müdafiəçi yerli mətbuata açıqlamasında deyib: 

“Slovakiyada "Slovan"a qarşı oynadığımız futbolu Bakıda da təkrarlamaq istəmirdik. Bilirdik ki, burada ağıllı oynamalı və nəticəyə fikir verməliyik. Hesabda önə çıxsaq da, təəssüf ki, "Qarabağ" dönən topdan sonra hesabı bərabərləşdirə bildi. Komandamızın bütün üzvləri matça konsentrasiya olunmuşdular. 

Rəqib futbolçular hücumda çox güclü oynasalar da, müdafiə xətlərində problemlərin olduğunu gördük. Cavab görüşündə bundan yararlanmalıyıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istədiyimiz üçün ev oyununda qalib gəlməliyik. Ümid edirəm ki, Macarıstanda həmin vaxt hava daha əlverişli olacaq, o qədər də bulanıq olmayacaq və bədənimizə bağladığımız hiroskopdan tüstü çıxmayacaq". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31