4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Ölkə futbolu

Azər Salahlı: "Cavab görüşünə üstün yollanmaq istəyirik"

"Sabah bizi ağır qarşılaşma gözləyir. Bu matçda qələbə qazanıb, cavab görüşünə üstün yollanmaq istəyirik".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Azər Salahlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Asvtriya "Rapid"i ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

28 yaşlı sol cinah müdafiəçisi Kipr "Aris"i ilə II təsnifat mərhələsinin cavab oyununu (3:0) unutduqlarını bildirib: "Ötən mərhələsinin cavab görüşündə yaxşı qələbə qazandıq. Hazırda komandada ab-hava çox yaxşıdır. Ancaq "Aris"lə görüş artıq geridə qalıb. Bütün diqqətimiz sabahkı qarşılaşmayadır".

Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31