6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Adıyev: "Azərbaycanın baş məşqçisi oyundan əvvəl də çox danışırdı"

"Azərbaycanın baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb çox iş görürük. Bu barədə əlavə deyəcəyim heç nə yoxdur".

Futbolxeber.az saytının məlumatına görə, bunları Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında Canni De Byazinin "şans amili də öz rolunu oynadı" ifadəsinə münasibət bildirərkən deyib.

45 yaşlı mütəxəssis ikinci yarıda yaxşı çıxış etdiklərini söyləyib.

"İlk 25 dəqiqədə yaxşı çıxış etdik. Sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı", - o vurğulayıb.

Rusiyalı baş məşqçi oyunun məzmunundan tam razı qalmadığını əlavə edib (Report).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31