6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Müşahidə Şurasının qərarı: “Sumqayıt”da legionerlərin çıxışına razılıq verildi

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib.

Müşahidə Şurası baş məşqçi Aleksey Baqaya dəstəyini nümayiş etdirib və növbəti mövsümdə ona və komandasına uğurlar arzu edib.

Həmçinin, növbəti mövsümdən etibarən “Sumqayıt” Futbol Klubunda əcnəbi futbolçuların çıxışına razılıq verilib.

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıq və tövsiyyələr verilib.

Daha sonra isə Müşahidə Şurasının üzvləri Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda gedən yenidənqurma işləri ilə tanış olublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31