Ölkə futbolu
Sahil Babayev boksçularla görüşdü
Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev veteran boksçularla görüşüb.
Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, görüşdə Olimpiya mükafatçıları, Avropa və dünya çempionatlarında ölkəmizin adını şərəflə qorumuş sabiq milli üzvləri iştirak ediblər.
Tədbirdə boksda yüksək nailiyyətlərin əldə olunması, kütləviliyin atılması üçün vacib olan addımlar, boksun ölkəmizdə daha da populyarlaşması və yığma komandaların beynəlxalq arenada uğurlu çıxış yolları müzakirə olunub. Həmçinin Çempionlar və Veteranlar Komitəsinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Sahil Babayev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkəmiz böyük irəliləyişlərə nail olub. Olimpiya Oyunlarında medal sayına görə boksun ikinci yerdə olduğunu xatırladan əmək və əhalinin sosial müdafiəsi nazirinin sözlərinə görə, əsas hədəf yeni rekordlar vurmaqdır. 22 yaşadək boksçularımızın Avropa çempionatındakı çıxışını yüksək qiymətləndirən federasiya rəhbəri 4 medalın əldə olunmasını başlanğıc kimi dəyərləndirib. O, əsas hədəfin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayaraq, yeni tarixin və yeni rekordun Fransa paytaxtında vurulacağına inam ifadə edib.
İnkişaf üçün beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən danışan Sahil Babayev federasiyanın yeni strukturunda xüsusi komitələrin olacağını deyib. O bildirib ki, Azərbaycanda boks məktəblərinin formalaşması, tək Bakıda deyil, bölgələrdə də kütləviləşməsi üçün veteran boksçuların köməyinə ehtiyac duyulacaq. Bu səbəbdən də federasiyada veteranlardan ibarət Məşvərət Şurası formalaşdırılacaq. Nazir bununla bağlı görüşdə iştirak edən sabiq boksçulara tapşırıqlarını da verib.
Daha sonra veteran boksçular inkişaf üçün görülməli olan işlərdən və uğurlu çıxış üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.
Nazir idmançıları dinlədikdən sonra bildirib ki, əsas hədəf yüksələn xətlə inkişafa nail olmaqdır. Təkliflərə əsasən gələcəkdə zona yarışlarının, məşqçi, idmançı və hakimlər üçün seminarların keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edən Sahil Babayev vahid və ədalətli boks ailəsinin formalaşacağını deyib. O, veteranların hər birindən təkliflərini gözlədiyini bildirərək, Veteranlar Komitənin formalaşdırılması üçün lazımi addımların atılmasını istəyib.
Regionlarda boksun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımi tapşırıqlar verilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
02.11.2026
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























