Ölkə futbolu
Mahir Emreli: "Özümü ulduz kimi düşünməyə vaxtım yoxdur"
"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Polşanın "Piłka Nozna" nəşrinə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.
- Polşanı bəyənirsən?
- Klub ən yüksək səviyyədədir. Yüksək səviyyəli təlim-məşq bazamız var, Avropa Liqasının qrup mərhələsində oynayırıq, heç bir şeydən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram, bu, normaldır. Ölkəni bu qədər uzun müddət tərk etdiyim ilk dəfədir. Ancaq Varşavaya uyğunlaşma prosesi artıq geridə qalıb, özümü evdəki kimi hiss edirəm.
- Küçələrdə və matçlarda azarkeşlərin sənin adını yazılı formalarını geyindiyini gördüm.
- Doğrudan? Buna fikir verməmişəm (gülür). Təbbi ki, zarafat edirəm. Mən də bunu gördüm, amma həmin insanları tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım cəmi bir dəfə burada olub, amma hazırda Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq, anam da matçlara gələcək.
- Varşavada yaşayan azərbaycanlılar transferdən sonra sizinlə əlaqə saxladılar?
- Onlardan təbrik və dəstək mesajları aldım. Mən də onlarla münasibətləri gücləndirməyə çalışıram. Bir neçə dəfə ölkəmdən gələn ənənəvi yeməkləri yeyib, həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranına baş çəkmişəm.
- Hazırda özünüzü Polşada ən məşhur azərbaycanlı kimi hiss edirsinizmi?
- Bu sorğuda çox rəqabət olacağını düşünmürəm, çünki Polşa liqasında Azərbaycandan yalnız iki oyunçu oynayır - mən və Azərbaycan millisindən və liqasından tanıdığım "Vilsa"nın (Plotsk) futbolçusu Anton Krivotsyuk. Populyarlıq baxımından heç vaxt özüm barədə düşünməmişəm. Futbol oynayıram, çünki uşaqlıqdan bəri bunu sevirəm və həmişə futbolçu olmaq istəmişəm. Populyarlığımın getdikcə artdığını başa düşürəm, daha çox insan məni qiymətləndirir. Mənə bir dəqiqə vaxt verin, peşəkar oyunçu olmağın minlərlə başqa faydasını tapacağam (gülür). Hər gün matç oynaya, məşq edə və bununla yaşaya bilmək həqiqətən böyük bir şeydir. Dünyanın ən yaxşı işinə sahibəm! Bir neçə il əvvəl Azərbaycan millisinə çağırılana qədər bunu qiymətləndirmədim. 19 yaşım var idi və məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsindəki ilk matçlardan əvvəl məni müsahibəyə dəvət etdi. Bir az gərgin olduğumu gördü, mənə kömək etmək istədi, buna görə də stressimin səbəbini soruşdu. Təlim-məşq toplanışına ilk dəfə gəldiyim üçün əsəbi olduğumu söylədim. Baş məşqçi o vaxt mənə bunu dedi: dünyada futbol oynamaqdan yaxşı iş yoxdur. Bu sözlər yaddaşımda qaldı, o vaxtdan bəri heç vaxt meydançaya çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim yanaşmamı, düşüncəmi tamamilə dəyişdi. Əminəm ki, bunun sayəsində irəli gedirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur.
- Komandaya çox yaxşı qoşuldunuz, Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində vacib qollar vurdunuz. Özünüzü "Legiya"nın ulduzu kimi hiss edirsinizmi?
- Bu faktları bir araya gətirdikdə, komandanın ulduzu olduğumu düşünə bilərsiniz. Amma bu sizin fikrinizdir. Mənim beynimdə tamam başqa bir şey var. Mənim üçün komanda ən önəmlidir. Təbii ki, azarkeşlərin səni dəstəklədiyini, səni qiymətləndirdiyini hiss etmək çox gözəl hissdir, amma bilirəm ki, yenə də daha yaxşı ola və inkişaf edə bilərəm. Özümü ulduz kimi düşünməyə vaxtım yoxdur. Karyeramın zirvəsi hələ qarşıdadır, ona görə də bu gün özümü ulduz kimi hiss etdiyimi deməyəcəyəm. Bu cür düşünmək ölümcül olardı, qazandığım uğurlara arxalana bilərəm və ehtiyacım olan son şey budur. İnkişaf etmək, hər gün daha yaxşı futbolçu olmaq istəyirəm. Ailəmlə futbol haqqında çox danışıram, hər zaman hərəkət etməli olduğumu bilirəm.
- Polşa liqasının sizin üçün karyeranızda yalnız bir dayanacaq olduğuna dair fikirlər doğrudurmu?
- Bəli, bunu gizlətmirəm.
- Nə vaxta qədər?
- Bilmirəm, lazım olduğu qədər. Arzuladığım ambisiyalarım var. Avropanın top-komandalarında oynayan ilk azərbaycanlı olmaq istərdim. Bunun üçün hər gün çox çalışıram.
- Polşa liqası inkişaf üçün Azərbaycan liqasından daha yaxşı yerdirmi?
- Hər iki liqanı bütövlükdə müqayisə etsəniz, Ekstraklasa daha yaxşıdır. Azərbaycanda səkkiz, Polşada on səkkiz komanda oynayır. Polşa hamı bir-birinə qalib gələ bilir. Bu, oyunları azarkeşlər üçün daha cəlbedici edir və matçları izləməyi daha da zövqləndirir. Azərbaycanda osə digər komandalar üzərində dominantlıq edən və avrokubokların qrup mərhələsində müntəzəm oynayan "Qarabağ" kimi çox güclü klub var (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























