6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Qəbələ” darmadağınla lider oldu

Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib.

"Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşıb və rəqibini 5 cavabsız qolla məğlub edib. Bununla da ardıcıl 3-cü qələbəsini qazanan Elmar Baxşıyevin komandası xallarının sayını 10-a çatdıraraq liderliyə yüksəlib.

Günün son matçında isə "Sabah" "Zirə"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan Premyer Liqası

IV tur

18 sentyabr (şənbə)

“Zirə” - “Sabah” - 1:1

Qollar: Hamdaui, 49 (1:0), Periçiç, 83 (1:1)

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov

Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” - “Səbail” - 5:0

Qollar: Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4

Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85 ("Səbail")

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov

Qəbələ şəhər stadionu

19 sentyabr (bazar)

18:30. “Neftçi” - “Keşlə”

“Bakcell Arena”

20 sentyabr (bazar ertəsi)

19:00. “Qarabağ” - “Sumqayıt”

“Azərsun Arena”








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31