Ölkə futbolu
Kamran Quliyev: "Makkabi" ilə oyunda əlimizdən gələni edəcəyik"
"Biz avrokuboklara digər təmsilçilərimizdən əvvəl - birinci təsnifat mərhələsindən başladıq. Komanda daha tez bir araya gəlməyə məcbur idi. Bakıda müəyyyən hazırlıq dövrü keçəndən sonra Sloveniyaya yola düşdük".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.
Funksioner pandemiya dövründə bir ölkədən digərinə getməyin çətin olduğunu xatırladıb: "Bizə bu işdə köməklik göstərən Litva səfirliyinə və onların əməkdaşlarına təşəkkür edirəm. Bütün bunlara baxmayaraq Sloveniyaya üz tutduq. Təlim-məşq toplanışımız çox yüksək səviyyədə gerçəkləşdi. Sadəcə, orada da problemlər var idi. Bütün futbolçular bizə vaxtında qoşula bilmədi. Yeni transferlər hazırlıq prosesi başa çatandan sonra Bakıda bizə qoşuldular. Bu da xoşagələn hal deyil".
Quliyev çempionluqdan sonra yükün daha da çoxaldığını sözlərinə əlavə edib: "Biz bunu gözləyirdik. İstəklər, iştahlar artır. 5-6 il bundan əvvəl "Neftçi" demək olar ki, çökmüş vəziyyətdə olub. Ondan sonra görülən işlər bizi bu zirvəyə çıxartdı. Amma biz də istəyirik ki, uğurlarımız sıralansın. Növbəti ildə də çempion olmaq niyyətindəyik. Bəlkə ölkə kubokunu da qazanmaq qismətimizdə olacaq. Bu klubun hədəfləri həmişə böyük olub. Reallıq da var. Premyer Liqamızda rəqabət heç də az deyil. I turun bütün nəticələrini yaxşı mütəxəssis də əvvəlcədən proqnozlaşdıra bilməz. Komanda sayı az olsa da, çempionat maraqlıdır. Nəticələri əvvəlcədən bilmək olmur. Hər komandanın hədəfləri var. Digər həmkarların işinə baxanda görürəm ki, onlar da uğur qazanmaq istəyir. Biz də öz potensialımızı və gücümüzü bilirik".
Klub prezidenti Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün şanslarının davam etdiyini söyləyib: "Bizim İsrailin "Makkabi" (Hayfa) klubu ilə iki matçımız var. Rəqib nə qədər güclü olsa da, əlimizdən gələni edəcəyik. Əvvəlcədən nəyisə proqnozlaşdırmaq mümkün deyil, çətindir. Hamı ötən il "Neftçi"yə bir gözlə baxırdı, indi isə iki gözlə baxır. "Neftçi" çempiondur. Ən azı növbəti ilin mayınadək. Allah qismət etsin, yenə çempion olaq. Bu statusda qorumaq həm çətindir, həm də şərəflidir".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
17.09.2026
16.09.2026
























