Ölkə futbolu
"Neftçi"nin prezidenti: "Namik Ələskərovun gedişini qəbul edə bilmirəm"
"Namiki 14 yaşından tanıyıram. Bunu çox adam bilmir. Federasiyada işləyəndə Ələskərov Təbriz Həsənovun başçılığı altında yığmada çıxış edirdi. Həmin vaxt "Bakı"nın aşağı yaş qruplarında oynayırdı. Zədələri olurdu, hətta Almaniyaya da göndərmişdik".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasına müsahibəsində Namik Ələskərovun Türkiyənin "Bursaspor" komandasına keçidi ilə bağlı yaranmış qalmaqal barədə danışarkən deyib.
Funksioner bildirib ki, Ələskərov artıq uşaq deyil: "Özünün övladı var. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Mən "Neftçi"yə yeni gələndə Namikin baş məşqçi ilə müqavilə barəsində problemləri var idi. Bütün bunlara baxmayaraq, onun başqa kluba getməyinə imkan vermədik. Çünki o da komandaya xeyir verdi. Namikə hər zazaman dəstək olmuşuq. Ötən mövsüm Ələskərovun karyerasının zirvəsi idi".
Quliyev 26 yaşlı yarımmüdafiəçinin gedişinə insan olaraq, heyfisləndiyini söyləyib: "Klub prezidenti kimi isə bunu qəbul edə bilmirəm. Çünki qarşımızda nə qədər böyük işlər var idi. Deyirlər ki, futbolçuya yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə təklif olunmayıb. Bu, tamamilə yanlış informasiyadır. Gəlin statistikaya baxaq. Elə mövsüm olub ki, Namik cəmi 1 qol vurub, yaxud da çox az oynayıb. Buna baxmayaraq, "Neftçi" öhdəsinə düşən hər şeyi edib".
Klub prezidentinin sözlərinə görə, bu ilin fevralında futbolçuya uzunmüddətli müqavilə təklif olunsa da, o, bunu qəbul etməyib: "Ötən mövsümün qış fasiləsində Bakıda təlim-məşq toplanışında idik. Həmin vaxt Namikə kifayət qədər cəlbedici təklif etdik. Müqavilə uzunmüddətli idi və ildən-ilə maaşın artırılmasını nəzərdə tuturdu. Sözləşmə tək puldan ibarət deyil. Orada müxtəlif bəndlər olur. Müəyyən şərtlər var ki, onları hər futbolçu üçün nəzərdə tuturuq. Amma Ələskərov həmin şərtlə razılaşmadı. Çünki müqavilə uzunmüddətli idi və o, həm futbolçuya, həm də bizə üstünlük verirdi. Hər detalı razılaşdırmışdıq. Sadəcə, bir bəndlə bağlı anlaşa bilmədik. Amma həmin bəndi açıqlamayacağam".
Quliyev Ələskərovla bağlı hələ qışda bəzi təkliflər gəldiyini etiraf edib: "Aprel və may aylarında da mənə zənglər gəlirdi. Futbolçunun müqaviləsindəki "50 min avroya sərbəst qala bilər" maddəsi bizə ilk gəldiyi gündə var idi. Biz özümüz stimullaşdırırıq ki, futbolçularımız ölkə xaricinə gedib, yaxşı liqalarda çıxış etsinlər. Bu bənd orada olmalı idi, ya yox, bu, başqa mövzudur. Müqaviləyə qol çəkiriksə, üzərimizə məsuliyyət götürürük. Amma gəlin, kağız üzərində olanlarla danışmayaq. İşin mənəvi tərəfi də var. Məsələn, bizim digər futbolçumuz Anton Krivotsyuk bu il Polşanın "Visla" (Plotsk) klubuna getdi. O da bizim yetirməmiz sayılır, 15 yaşından "Neftçi"də çıxış edirdi. Keçən ilin yayında ona yeni müqavilə təklif etdik. Dedi ki, bir ildən sonra gedirəm, mənim yerimə yeni futbolçu tapın. Bizə düz 1 il vaxt verdi".
O deyib ki, hər hansı transferin açıqlanması elə-belə iş deyil: "Bunun üçün bir neçə tələb yerinə yetirilməlidir. Bu günədək hesabımızda Namikin transferindən gələcək pul yoxdur. Müqavilədə şərt belədir: yalnız Namik Ələskərovun özü ödənişi edib sərbəst oyunçu statusu ala bilər. "Bursaspor" bizə müraciət edibsə, artıq həmin maddə ilə yox, adi transfer baş tuta bilər. Onda biz öz tələblərimizi irəli sürə bilərdik. Belə bir oyunçunun 600 000 - 1 000 000 avro transfer qiyməti var. Hüquqşünaslarımız hər şeyi araşdırır. Ola bilər ki, Namik özü 50 000 avronu köçürüb. Amma bizim hesabımıza oturmayıb. Yalnız bu vəsait hesaba oturandan sonra müqavilə qüvvədən düşə bilər. Bütün bunları nəzərə alaraq, təqdimat keçirmək ehtiyatsızlıqdır. Bizə bəri başdan öz istəyi barədə məlumat versəydi, ürəyimiz bu qədər yanmazdı. İstərdik ki, qardaş ölkədə də Azərbaycanı layiqincə təmsil etsin. Bunu klub prezidenti yox, insan olaraq ona arzulayıram. Bizdən ən azı halallıq istənilsəydi, daha yaxşı olardı".
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
17.09.2026
16.09.2026
























