Ölkə futbolu
Qurban Qurbanov: “Heç vaxt söz verməmişəm ki, mütləq qalib gələcəyəm”
“Çox vacib oyuna çıxacağıq. Rəqibin açıqlamalarından da görünür ki, çox inamlıdırlar, bizə qalib gəlməyə ümid edirlər. Bu onların öz gücünə inanmasından irəli gəlir. Əlbəttə ki, biz də çox istəkliyik”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”lə keçiriləcək ilk oyun öncəsi deyib.
Təcrübəli mütəxəssis sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “İlk oyunun evdə olmasına baxmayaraq, hər şeyə cavab matçında aydınlıq gələcək. Sabah cərimə meydanında istədiklərini yerinə yetirməmələrinə diqqət etmək lazımdır. Futbolçularımız rəqibi yaxından tanıyırlar. Son vaxtlar oyunçular çox istəklidirlər. Sabah daha artığını etmək lazım olacaq. Meydanda daha mübariz oyun ola bilər, nəinki baxımlı çıxış. Buna hazırlaşırıq. Çox səbrli olmalıyıq ki, rəqibin verəcəyi boşluqlardan istifadə edək və biz də boşluq verməyək”.
- “Aberdin”in ən təhlükəli silahı nədir?
- Fiziki göstəricilərdə yaxşıdırlar, standart vəziyyətlərdə təhlükəlidirlər. Topla davranmağı xoşlayırlar. Çox rahat qol vurmaq bacarıqları var. Bəzən heç nədən qol epizodu yarada bilirlər. Mübarizə aparmağı xoşlayırlar. Hər şeydə diqqətli olmalıyıq. Hər epizoddan maksimum yararlanmağı bacarırlar. Bütün komponentlərdə diqqətli olmalıyıq.
- Stadionun ot örtüyünün durumu haqda nə bilərsiniz?
- AEL-lə oyundakından yaxşı olmayacaq. Çox istərdik ki, yaxşı meydanda oynayaq. Çox nüanslar buna mane olur. Topla davranmaqda çətinlik çəkəcəyik. Rəqibin digər üstün cəhətləri var. Hava toplarından yaxşı istifadə edirlər. Bunun qarşısını almağa çalışacağıq.
- “Aberdin”in baş məşqçisi martda ABŞ-dan gəlib. Bu, sizə üstünlük verə bilər?
- Bu gün dünya futbolu inkişafdadır. Onlar futbolun içində böyüyürlər. Avropada işsiz qalanlar ora gedirlər. Rəqibin baş məşqçisi cavandır, istəklidir. Hər rəqibə qarşı fərqli oyun üslubu var. Oyunun gedişində ciddi rotasiyalar edir. Futbolçular həddən artıq diqqətli olmalıdırlar. Bunların hamısını təhlil etmişik. Təkcə mübarizə aparmaq yox, düşünmək də vacib olacaq.
- Sizcə, “Aberdin” sabah hansı sistemdə oynayacaq?
- Onu deyə bilmərəm. Aşağı-yuxarı hansı sistemlə oynasa, meydanda 11 nəfərə qarşı çıxış edirsən. Eyni sistemdə oynayan komandaya qarşı 3-4 oyun keçirsən, ona qarşı oynamaq daha rahat olur. İnşallah, sabah daha çox hücum edən tərəf olmağa çalışacağıq.
- “Aşdod”, AEL və “Aberdin”dən hansı daha maraqlı və güclüdür?
- Buna cavab vermək bəlkə də düzgün çıxmazdı. Amma hər birinə qarşı çətinliklərimiz oldu. Müqayisə etmək çətindir. Hamısı ciddi rəqib idi. Hərəsinin öz oyun fəlsəfəsi var. Onlara qarşı düzgün hazırlaşdıq. Ola bilər ki, “Aberdin” bir az üstündür. Amma o birilərini də zəif saymıram.
- Bu mövsüm oyunlarda cəmi 1 qoldan çoxunu vura bilməməyiniz sizi narahat etmir?
- Çox qol vurmaq istərdik. Biz azarkeş üçün oynayırıq. Azarkeş qələbə ilə yanaşı, qollardan da həzz alır. Qarşımızda duran rəqib də boşluq vermir ki, istədiyimiz qədər qol vura bilək. Bizə qarşı bütün rəqiblər həddən artıq ciddi yanaşır. Bu, bir tərəfdən sevindirsə də, işimizi də çətinləşdirir. Əvvəllər bizi çox ciddiyə almırdılar, bu da meydanda işimizi asanlaşdırırdı. Çox qol vurmağımızı özüm də xoşlayıram. Futbolçularımın daha yaxşı performans sərgiləməsini və çox qol vurmalarını istərdim. Ancaq belə turnirlərdə qol buraxmamaq da çox vacibdir. Bu üzdən həm hücumda, həm də müdafiədə oynamaq önəmlidir.
- Azarkeşlər həm sizin, həm də komandanın təcrübəsinə böyük ümid bəsləyir. Sabahkı oyunda qələbəyə söz verə bilərsiniz?
- Heç vaxt söz verməmişəm ki, mütləq qalib gələcəyəm. Həmişə söz vermişəm ki, komandam yaxşı mübarizə aparacaq. Qalibiyyət üçün ən yaxşısını etməyə çalışacağıq. Mən də futbolçularıma güvənərək deyirəm ki, sabah azarkeşlər oyundan razı qalacaqlar.
- AEL-lə oyunda Borqes meydana çıxdıqdan sonra komandada canlanma yarandı. Həmçinin Riçard Almeyda da gündən-günə artırır. Onları sabah start heyətində görə bilərik?
- Təkcə gündən-günə yox, oyundan-oyuna da artırmaq lazımdır. Hər ikisini meydanda görə bilərik. Daha yaxşı səviyyəyə gəlib çıxıblar.
- Hücumçu axtarışlarınız hansı mərhələdədir?
- Ən pik mərhələdədir. Çox axtarırıq, danışıqlar gedir. Tezliklə müsbət də ola bilər. Konkret cavab gözlədiyimiz bir neçə oyunçu var. Bu, təkcə hücum yox, müdafiə və yarımmüdafiə mövqeyinə də aiddir. Bəzən düşünmədiyimiz elementlər ortaya çıxır, danışıq yarımçıq qalır.
- Necə olur ki, kasıb “Şerif”ə samballı hücumçu gəlir, Azərbaycan klublarına gəlmir?
- Bu suala cavab vermək bəlkə çətin olacaq. “Şerif” illərdir legionerlərə üstünlük verir. Hər il 15-20 legionerləri olub. Bizim özümüzdə də xeyli sayda bacarıqlı legionerlər olub. Yəqin ki, avrokuboklardakı nəticələrinə görə deyirsiniz. Neçə illər idi ki, pley-offa düşə bilmirdilər. Hər bir komandanın pik nöqtəsi olur. Ola bilsin ki, “Şerif” bu mövsüm həmin dönəmdədir. Bizə oyunçu gəlmə məsələsində problem olur. Azərbaycana gəlmək istəyən legioner azdır. Əvvəllər həddən artıq çox oyunçu ala bilirdik, təkliflər gəlirdi. Bu say get-gedə aşağı düşür. 5-6, hətta 10 legioneri olan klublarımız var. Bəzən bizdən, digər klublarımızdan asılı olmayan məqamlar olur. İstənilən halda ən yaxşısını etməyə çalışırıq.
- Ailton Silva ilə maraqlanırsınız?
- Belə bir danışığımız olmayıb (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- "Qarabağ" yeni transfer edir?
-
19:53
IV Avropa Oyunlarında iştirak üçün kvota qazandı
-
18:38
"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bilindi
-
17:22
"Zirə"nin hazırlıq planı müəyyənləşdi
-
17:06
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
-
16:49
Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
-
16:14
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
-
15:57
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
15:31
"Şəfa"da daha üç ayrılıq
-
15:03
İsmail Kartal yenidən “Fənərbaxça”da
-
14:45
Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək
-
14:20
"Araz-Naxçıvan"dan ilk transfer
-
13:52
"Səbail" Adil Şükürovla yolları ayırdı: xələfi də məlumdur
-
13:38
“Qəbələ”dən “Şahdağ Qusar”a
-
13:16
“Difai”də yeni baş məşqçi
-
13:09
Sekidikanın yeni klubu müəyyənləşdi
-
12:44
Qana sonda sevindi VİDEO
-
12:27
Taekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar
-
11:51
“Şəfa”nın göyə sovurduğu 300 min manat
-
11:33
Azərbaycanın 6 çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:00
"Qarabağ"ın rəqibindən qələbə
-
10:42
İngiltərə - Xorvatiya matçında 6 qol VİDEO
-
10:28
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:56
DÇ-2026: “Turan Tovuz”un futbolçusu ehtiyatda qaldı
-
09:39
Özbəkistan - Kolumbiya oyununun ən yaxşısı kim seçildi?
-
09:17
Portuqaliya heç-heçə ilə başladı VİDEO
-
00:24
Ronaldodan tarixi göstərici
-
00:01
Portuqaliya - Konqo matçının ən yaxşısı o seçildi
-
19:15
"Qarabağ"dan daha bir transfer
-
18:37
Türam İngiltərə klubunun təklifini geri çevirdi
-
18:00
"Şəfa"da yeni müqavilə
-
17:43
Qaxda 184 yeniyetmə cüdoçunun iştirakı ilə region birinciliyi keçiriləcək
-
16:52
Holand bunu bacaran ilk norveçli oldu
-
16:26
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin rəqibləri bilindi
-
15:44
Deşam: “Mbappe dünya çempionatında qol vurmaq istəyir, yoxlama oyunlarında yox”
-
15:31
"Qarabağ" Medinanın gedişini açıqladı
-
15:08
Avroliqa: "Qarabağ"ın ikinci mərhələdəki potensial rəqibi bilindi
-
14:29
Messi dünya çempionatlarında het-trik edən dördüncü argentinalı oldu
-
14:17
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
-
13:53
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
-
13:35
Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçumuz mübarizə aparacaq
-
13:19
Sınmaq yox, daha güclü olmaq lazımdır...
-
12:43
Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək
-
12:20
Oloxan Musayev Tunis Qran-prisində gümüş medal qazanıb
-
12:06
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
-
11:54
"Araz-Naxçıvan"da yeni müqavilə
-
11:32
Norveç millisi İraqa şans tanımadı VİDEO
-
11:18
Cəlal Rumıniya klubunda
-
10:39
Fransadan DÇ-20226-ya uğurlu start VİDEO
-
10:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
18.06.2026
17.06.2026























