3 Fevral 2026, Çərşənbə axşamı
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə

Ölkə futbolu

Samir Abasov: “O, bizi peşman etmədi”

“Maraqlı oyun keçdi. Bugünkü bərabərlik rəqibə cüzi üstünlük verə bilər. Səfər qolu üstünlüyü ləğv olunduğundan, artıq HİK bir topla öndə olmayacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə bu gün Bakıda keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.

O, şansların bərabər olduğunu bildirib: "Düşünürdük ki, böyükhesablı məğlubiyyət olmasa, xarakterimizi ortaya qoyub, ordan sərfəli nəticə ilə gəlməliyik. Qapıçımızın zədələnməsindən sonra meydanda ruh düşkünlüyünü aradan qaldırmaq istədik. Sağ olsun, Kamran bizi peşman etmədi, qapıda inamlı dayandı. Hər şey ikinci oyuna qalıb. Fərqli rəqibə qarşı çıxış edəcəyik".

Abasov ilk hissədə zədələnən qapıçı Aqil Məmmədovun durumuna da toxunub: "Onun səhhətində problemlər var idi. "Olimpiakos"la görüşdən sonra 3 gün qızdırmalı olmuşdu. Neçə gün məşq etməmişdi. Bu gün Aqilin zədəsi haqqında nəsə demək çox çətindir. Ümid edirik ki, yaxşı olacaq".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28