Ölkə futbolu
Qurban Qurbanov: “Aşdod” bundan əl çəkmir”
"İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq, hazırlığımız pis alınmayıb. Müəyyən problemlər var. Çalışacaq ki, bunlar meydanda özünü göstərməsin. Sabah ən yaxşısını etməyə çalışacağıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsrail "Aşdod"u ilə keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis transferlərdə bəzi problemlərin olduğunu bildirib: "Müsahibələrimdə bildirdim ki, ən çox transferlərə zaman ayırırıq. Amma tam istədiklərimizi əldə etməmişik. Müzakirələr və axtarışlar davam edir. Asan deyil, bizdən asılı olmayan səbəblər var. Bəzi detallarda razılaşmışıq. Bəzən klublarla anlaşa bilməmişik. Biz peşəkar klubuq, əlimizdə olanların performansını saxlamaq istəyirik. Transfer məsələsi son vaxt dünya bazarında problemə çevrilib. Bu il bizə daha çox futbolçu almaq lazım idi. Bir neçə oyunçu komandanı tərk edib. Qarşıdakı vaxtlarda düşündüyümüz transferləri həll edəcəyik".
Təcrübəli baş məşqçi hər iki qapıçının "Aşdod"la oyuna hazır olduğunu, lakin start heyətdə kimin meydana çıxması ilə bağlı qərar verilmədiyini söyləyib.
Qurbanov yeni transfer Marko Veşoviç haqqında bunları diqqətə çatdırıb: "Onun zədəsi var idi. 6 ay oynamayıb. Mayda "Legiya"da və millidə matçlar keçirib. Ümumi durumu pis deyil. Yığmanın oyunlarından sonra fərdi məşq edib. Bu, bizə bir az narahatlıq verir. Sabah “18-lik”də olacaq. Lazım gəlsə, ondan istifadə edə bilərik".
Mütəxəssis rəqibi bacardıqları qədər təhlil etdiklərini sözlərinə əlavə edib: "Rəqibdə dəyişikliklər çox olub. Bəlkə sabah bizim düşündüyümüzdən fərqli oynaya bilər. Bu komandanın öz oyun üslubu var. Ondan əl çəkmir. Diqqətli müdafiə olunur və təhlükəli əks hücumlara çıxırlar. Sabah qalib gəlmək üçün futbolçulardan çox şey tələb olunacaq".
Baş məşqçi azarkeşsiz futbolun maraqsız olduğunu bildirib: “Futbolçu daha çox azarkeşə görə oynayır. Fanatlar daim uğurlarımız üçün sevinir. Onların tribunada olması bizim üçün üstünlükdür. Buna hamımız sevinirik. Azarkeşləri meydanlara qayıtmaqları münasibətilə təbrik edirəm. Biz onlar üçün darıxmışıq. Futbolu onlar üçün oynayırıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq. Fanatların meydanda olması bizim üçün əlavə üstündür".
Qurbanov Ramil Şeydayevin durumunun pis olmadığını söyləyib: "Aqressiv futbolçu həmişə istənilən komandaya fayda verir. Şeydayev sabahkı oyuna hazırdır. Onun potensialını açmağa çalışacağıq. Musa Qurbanlını əsas heyətdə görməyəcəyik (gülür).
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























