Ölkə futbolu
“Neftçi”nin yeni transferi: “Pulu düşünsəydim, başqa seçim edərdim”
"Əvvəlcə hamı bilsin ki, mən "Havr" klubundan getməyi planlaşdırmırdım. Hətta ötən mövsüm yeni müqavilə barəsində razılığa gəlmişdik. Lakin daha sonra baş direktor Pyer Vantiyez mənə dedi ki, maliyyə problemlərinə görə bir az gözləməliyik. Sonra isə xəbər çıxmadı. Məşqlər bərpa olunanda başa düşdüm ki, artıq bu danışıq aktual deyil və müqavilə yenilənməyəcək".
Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Romen Bask "paris-normandie.fr" saytına açıqlamasında paytaxt klubuna keçidi barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi bildirib ki, "ağ-qaralar"dan gələn təklif onu düşünməyə vadar edib: "Bu barədə baş məşqçi Pol Le Quenlə danışdım. Onun mənimlə bağlı fikrini bilməliydim. Çünki sentyabrda ilk övladımız dünyaya gələcək. Fransa klublarının necə çətin vəziyyətdə olduğunu bilirik. Hiss etdim ki, məni artıq komandada düşünmürlər. Qeyri-müəyyənlik davam edirdi. Yeni mövsümdə klubsuz da qala bilərdim. Bütün bunlar ayrılıq qərarı verməyimə səbəb oldu".
26 yaşlı futbolçunun sözlərinə görə, özünü ölkə xaricində sınamaq istəyi də qərarında həlledici olub: "Ötən mövsüm İtaliyanın "Kyevo" klubu ilə danışığımız oldu. Amma yekunda konkret bir şey alınmadı. "Neftçi" rəhbərliyi əvvəlcə agentim, ardınca isə mənimlə əlaqə saxladı. Onlar mənə öz layihələrini təqdim etdilər, klubun yaxşı infrastruktura malik olduğunu və bu mövsüm Çempionlar Liqasında pley-offa çıxmaq istədiklərini bildirdilər. Bir az düşünmək lazım gəlsə də, təklif cəlbedici idi. Avropanın o biri ucuna ani qərarla getmirik. Bu barədə ailəmlə çox danışdım, orada oynayan futbolçulardan da məlumat aldım. Sonda bu fürsəti qaçırmamalı olduğum qənaətinə gəldim".
Bir həftədir "Neftçi"nin düşərgəsində olan Bask seçiminə görə peşman olmadığını söyləyib: "Məni çox yaxşı qarşıladılar. Təqdimatdan sonra "Neftçi" üçün vacib transfer olduğumu anladım. Artıq mənzillə təmin olunmuşam. Mənə ən yaxşı şəraiti yaratmaq üçün hər şeyi etdilər. Azarkeşlərdən xeyli sayda xoş mesajlar aldım. Bunun qarşılığını meydanda verməkdən məmnun olacağam".
Futbolçu Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə UEFA Çempionlar Liqasının cavab oyunundan sonra "Neftçi"nin Azərbaycanda çox populyar klub olduğunu anladığını vurğulayıb:
"Klubun infrastrukturu məni yaxşı mənada təəccübləndirdi. Burada yaxşı işləmək üçün hər şey var: nahar və şam etdiyimiz yeməkxana, məşq arası dincəlmək üçün otaqlar. Müasir təlim-məşq bazası da inşa edilir. Açığı, bu cür şəraitlə qarşılaşacağımı gözləmirdim".
Bakı haqqında da danışan müdafiəçi buranı kiçik Dubay adlandırıb: "Bakı möhtəşəm şəhərdir. Amma gündüzlər məşq edə bilmirik, çünki hava çox isti olur. Ona görə də axşamlar hazırlıq keçirik. Baş məşqçi ilə ilk ünsiyyətimiz müsbət oldu. O, indiki halda məni müdafiəçi kimi sınamaq istəyir. Hazırda mənim üçün vacib olan klubun inkişafına kömək etməkdir. "Neftçi" 2019-ci ildə 3-cü, 2019 və 2020-ci illərdə 2-ci, bu il isə çempion olub. Nəticələr ildən-ilə yaxşılaşır".
Bask yeni komandasında ən çox dil problemi ilə üzləşə biləcəyindən qorxduğunu qeyd edib: "Məşqçi təlimatlarını Azərbaycan dilində verir. Tərcüməçi bunu əvvəlcə ispan və portuqal dilinə, ardınca isə ingilis dilinə tərcümə edir. Fransız dilli futbolçular isə paltardəyişmə otağında tapşırıqları mənə izah edirlər. İngilis dili kurslarına getməyi düşünürəm (gülür)".
O, "Neftçi"yə pula görə gəlmədiyini bildirib: "Çoxları mənim bu klubla müqavilə bağlamağımı maddi səbəblərlə əlaqələndirir. Amma belə deyil. Pulu düşünsəydim, başqa seçim edərdim. Əlbəttə, "Havr"dakından daha yaxşı qazanıram. Amma astronomik məbləğ deyil. Müqavilə Fransadakı kimi deyil. Burada liqanı çempion kimi başa vurub-vurmamağımızdan, kuboku qazanıb-qazanmamağımızdan asılı olaraq bonuslar verilir. Müvəqqəti avtomobil veriblər. Məsələn, Fransada belə şey yox idi".
Qeyd edək ki, "Neftçi" Romen Baskla 2 illik müqavilə bağlayıb (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- VII turun hakim təyinatları
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
04.11.2026
03.11.2026
























