Ölkə futbolu
“Neftçi”nin yetirməsi olmaq böyük və qürurlu hissdir”
“Neftçi”nin yetirməsi İsmayıl Zülfüqarlı klubun rəsmi saytına müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, son mövsümü və yeni mövsümə hazırlığı dəyərləndirən 20 yaşlı yarımmüdafiəçi azarkeşlərin stadiona qayıdıb komandaya dəstək olmasını ən azı onlar qədər gözlədiyini deyib:
- İsmayıl, “Neftçi” kimi köklü, həm də ölkədə ən titullu klubun yetirməsi olmaq nə deməkdir?
- “Neftci” adının özü elə böyük motivasiyadır. Bu klubun yetirməsi olmaq böyük və qürurlu hissdir. Bundan əlavə, öz üzərində çalışmaq və böyük hədəflər deməkdir.
- Son mövsüm əsas komandanın Premyer Liqa çempionluğu ilə yanaşı, “Neftçi-2”nin I Divizionun qalibi olmasına da çox sevindik. Əvəzedicilərin heyətində meydana çıxdığın 9 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi kimi bu çempionluqda sənin də əməyin böyükdür. Öz oyunun baxımından mövsümü necə dəyərləndirirsən?
- Əsas komanda ilə yanaşı, “Neftçi-2” ilə də çempion oldum. Çox gözəl və şərəfli hissdir. Düzdür “Neftçi-2”nin heyətində daha çox oyunda meydana çıxdım. Komandaya maksimum faydalı olmağa çalışdım. Əgər çempion olmuşuqsa, bunda mənim də payım varsa, deməli, mənim üçün uğuru mövsüm olub.
- 2019/2020 mövsümündə əsas komandanın heyətində 5 matçda forma geyindin və hətta Moldovanın “Sperantsa” klubu ilə oyunda qol da vurdun, amma 2020/2021 mövsümündə daha az - 2 oyunda şans qazandın. Ötən mövsüm sağ cinahda oynamış Ömər Buludov, Fəhmin Muradbəyli, həmçinin “Domjale” ilə oyunda həmin cihanda gördüyümüz yeni transfer Harramiz Suares kimi futbolçularla rəqabər aparmaq asan olmayacaq...
- Doğrudur, əsas komandadakı ilk mövsümümdə daha çox oynadım və məni tarixə salan qola imza atdım. Bu mövsüm isə meydanda daha az oldum. Ömər, Fəhmin, yeni transfer Harramiz - bu adlar mənə daha çox çalışmaq üçün əsas verir. Rəqabətin olması gözəldir, bunsuz inkişaf olmaz. Yeni mövsüm heyətdəki yerimi möhkəmlədib, komandamızın gücünə güc qatmağa çalışacağam.
- 21 yaşadək futbolçulardan ibarət yığma komandadan ilk dəfə olaraq əsas milliyə dəvət aldın. Nə hisslər keçirirdin?
- Bu mövsüm mənim üçün həqiqətən də çox uğurlu alındı. Çempionluqlar, əvvəlcə U-21, daha sonra isə əsas milliyə dəvət almaq. Milli komanda üçün oynamaq çox gözəl hissdir. Mən bunu U-17, U-19 və U-21-də yaşadım. Əsas millidə olmaq isə tam başqa bir hissdir. Bir futbolçunun karyerasında milli komandaya dəvət almaqdan, orada oynamaqdan gözəl hiss ola bilməz. İnşallah, milliyə daima dəvət almaq və orada oynamaq üçün çalışacağam.
- Yeni mövsümə hazırlıq necə gedir?
- Hər şey yaxşıdır. Komandada olan atmosfer yüksək səviyyədədir. Yeni gələnlər də tez adaptasiya oldular. Fiziki və taktiki məşqlər edirik. Hər şeyin daha da yaxşı olacağına inanıram.
- Toplanış çərçivəsində keçirdiyimiz oyunlarda, xüsusilə “Olimpya” ilə matçda fəal idin. Necə düşünürsən, rəsmi oyunlarda da baş məşqçi Samir Abasovun qurduğu heyətə düşə biləcəksən?
- Çox sağ olsunlar, məşqşilərimiz inanır və şans verirlər. Əlimdən gələnin ən yaxşısını eləməyə çalışacağam.
- “Neftçi”nin bu mövsüm Çempionlar Liqasında, ümumiyyətlə avrokuboklardakı çıxışından nə gözləyirsən?
- Bütün oyunları yüksək səviyyədə keçirməyə çalışacağıq. Düşünürəm ki, həm avrokuboklarda, həm də Premyer Liqada bizim üçün uğurlu mövsüm olacaq.
- Bu arada, 80 nömrəni 21-ə dəyişməyinin səbəbini bilmək olar?
- 21 mənim sevimli və uğurlu rəqəmimdir. Bundan əlavə, şəxsi həyatımla da əlaqəlidir.
- Pandemiya səbəbindən oyunlar hələ ki azarkeşsiz keçirilir. Yəqin ki, sən də fanatların stadiona gəlib komandamızı tribunalarda dəstəkləyəcəyi günü gözləyirsən...
- Uşaqlığımdan indiyədək həmişə “Neftçi” azarkeşlərinin komandaya dəstəyini görmüşəm. Onlar bizim üçün 12-ci oyunçudur. Fanatlarımızın stadiona qayıdıb bizə dəstək olmasını ən azı onlar qədər mən də gözləyirəm. İnşallah, tezliklə görüşərik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
08.11.2026
07.11.2026
06.11.2026
























