5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

"Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik"

"Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo komandasının hədəflərindən danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı mütəxəssis  AS nəşrinə açıqlamasında deyib:
 
"Son illərdə avrokuboklarda çıxış etmək "Qarabağ" klubuna daha böyük iqtisadi güc bəxş edib. Lakin bilirdik ki, çempion olmaq öz əlimizdədir. İtirəcəyimiz heç nə yox idi, son oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Bu ilin təsadüfi olmadığını göstərmək niyyətindəyik. "Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik".
 
İspaniyalı məşqçi son turda Ağdam təmsilçisini 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra 4 saat "Dalğa Arena"da qələbəni qeyd etdiklərini söyləyib: "Maşınımı götürüb evə gedəcəyimi düşünürdüm. Amma Ermənistanla müharibədə şəhid olan əsgərləri yad etmək üçün Şəhidlər xiyabana getdik. Bir az qəribə hisslər idi".
 
Karonun sözlərinə görə, Azərbaycanı avrokubokda təmsil edən klubu ölkənin bütün insanları dəstəkləyir. O, "Neftçi"də çıxış etmiş yaponiyalı tanınmış futbolçu Keysuke Honda haqqında da danışıb: "O, peşəkardır. Buradakı çıxışına görə Hondanı tənqid edə bilmərik".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31