1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Əli Qurbani: “Bu cür davam etsək...”

Millimizin hücumçusu Əli Qurbani sabah Belarusa qarşı keçiriləcək yoxlama görüşü haqda fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, o, məğlubiyyətə baxmayaraq, əvvəlki hazırlıq matçında yaxşı təsir bağışladıqlarını qeyd edib:

“Belarus millisi yaxşı komandadır. Türkiyə ilə oyunda uduzsaq da, yaxşı oynadığımızı düşünürəm. Fərqlənmək üçün şanslarımız oldu, sadəcə son anda dəqiq ola bilmədik. Əgər bu cür davam etsək, yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm. Hazırda Belarus çempionatı davam edir. Bu amil onlar üçün üstünlük ola bilər. Amma biz də mövsüm ərzində 4 gündən bir futbol oynamışıq. Hazır formada olduğumuzu düşünürəm. Hər hansı yorğunluqdan söhbət gedə bilməz. Yaxşı nəticə əldə etmək üçün bacarığımızı ortaya qoymalıyıq. Xüsusən, güclü komandalarla – Portuqaliya, Serbiya, Türkiyə ilə oyunlarda nəyə qadir olduğumuzu nümayiş etdirmişik. Yaratdığımız fürsətləri dəyərləndirə bilsək, komandanın özünəinamı artacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30